“Eurovision”nun loqotipi və süarı bəlli oldu
Bizi izləyin

Tabloid.az

“Eurovision”nun loqotipi və süarı bəlli oldu

“Eurovision” musiqi yarışmasının təşkilatçıları 2015-ci il üçün artıq müsabiqənin loqotipini hazırlayıblar. Loqotipin hazırlanmasında saqqalı Konçita Vürstün fikri əsas götürülüb.

“Eurovision” musiqi yarışmasının təşkilatçıları 2015-ci il üçün artıq müsabiqənin loqotipini hazırlayıblar. Loqotipin hazırlanmasında saqqalı Konçita Vürstün fikri əsas götürülüb. Konçitanın tolerantlıq çağırışı loqotipin yaradıcılarını ilhamlandırıb.

“Eurovision” musiqi yarışmasının yarım final mərhələləri 19 və 21 may, final isə 23 may Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Müsabiqənin açılışında Konçita iştirak edəcək.

İlk baxışda loqotipin üzərində qara rəngin çoxluğu cansıxıcı görünsə də, qara rəng burada sevgiyə aparan pozitivliyi, çoxşaxəli incəsənətdə birliyə və dostluğa aparan yolu əks etdirir. Elə ona görə də bu müsabiqənin bu ilki şüarı “Building bridges” yəni “Körpülər qurmaq” mənasını verir. Həmçinin o da məlum olub ki, “Eurovision” musiqi yarışmasının loqotipində olan dairə Yer kürəsini əks etdirir.

Yarışmanın təşkilatçılarından olan Con Ola Sand isə loqotipi belə izah edib: “Bu möhtəşəm loqotip özündə gücü, ümumbəşəri dəyərləri və sərhədsiz imkanları əks etdirir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm