• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Astroloji proqnoz - 27 noyabr

Astroloji proqnoz - 27 noyabr

QOÇ - Yalnız münasibətlər zəminində uğurlarınız olacaq. Fəaliyyət və ya şəxsi işlər üçünsə sərfəli vaxt deyil. İnsanlara qarşı unutqanlığınızı dəf edin. İstirahətə daha çox yer ayırın.

BUĞA - Böyük dəyişikliklər astanasındasınız. Qətiyyən tərəddüd etməyin. Nə qədər cəsarətli olsanız, işləriniz də bir o qədər uğurlu olacaq. Nahara qədər yeni təkliflərdən imtina etməyin.

ƏKİZLƏR - Yeni işgüzar əlaqələrə start vermək üçün Göy qübbəsi tərəfinizdə duracaq. Odur ki, bütün səylərinizi birləşdirməlisiniz. Günün ikinci yarısında şanslı məqamlar yaşayacaqsınız.

XƏRÇƏNG - Enerjinizin artdığı bir vaxtda özünüzü ələ almağa çalışın. Fikirlərinizi başa düşən adamlar arayın. Nahar ərəfəsində şəxsi büdcənizi artım gözləsə də, səhhətinizi də qorumalısınız.

ŞİR - Təxminən saat 15-dən sonra əsəblərinizi cilovlamağa çalışın. Boş dayanmaq olmaz. Mühüm adamlara baş çəkin ki, ulduzlar sizə sevinc bəxş etsin. Bu gün maddi gəlir də gözlənilir.

QIZ – Bu gün əsasən səhhətinizi qorumağa çalışın. İlk növbədə qlobal işlərin həllini, eləcə də səfərlə bağlı bütün planlarınızı təxirə salmağınız məsləhətdir. Cari sövdələşmələr səmərə verə bilər.

TƏRƏZİ - Səhər saatlarından başlayaraq qarşılıqlı münasibətlər zəminində, həmçinin işgüzar sövdələşmələrdə vəziyyət bir qədər gərgin olacaq. Odur ki, neytrallıq göstərin.

ƏQRƏB - Ulduzların düzümü maraqlı bir təqvim yaşayacağınızdan xəbər verir. Üzləşdiyiniz adamların əksəriyyəti öz zarafatları ilə ovqatınızı yüksəldəcək. Sövdələşmələr üçün də səmərəli vaxtdır.

OXATAN - Qarşınızda duran vəzifələrin çoxluğu sizi yoracaq. Lakin nəticənin uğurlu olacağını nəzərə alıb passivləşməməlisiniz. Nahardan sonra pulla bağlı istənilən riskdən uzaq olun.

OĞLAQ - Olduqca əhəmiyyətli gündür. Hansısa böyük bir işinizi həyata keçirməkdə şans qazanacaqsınız. Bununla yanaşı perspektivli görüşləriniz də mümkündür. Tanrını başınız üstündə hiss edin.

SUTÖKƏN - Saat 00:24-də mənfi enerjili Ay bürcünüzdə qərar tutduğu üçün əbəs yerə risk etməyin. Çalışın ki, ünsiyyətdə olduğunuz insanlarla münasibətləri qoruyasınız. İşgüzarlığınızı artırın.

BALIQLAR - Astroloji göstəricilər işlərinizin rəvan gedəcəyinə işarə edir. Hətta cəhd etdiyiniz təqdirdə maddi durumunuz da yaxşılaşa bilər. Axşama yaxın maraqlı görüş və sövdələşmələriniz mümkündür.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR