Qadınları klimaksdan xilas edən güclü tərəvəz
Bizi izləyin

Tabloid.az

Qadınları klimaksdan xilas edən güclü tərəvəz

Soğanın çox faydalı tərəvəz olduğunu hamı bilir. Ancaq onun prostat və klimaks ağrılarından xilas olmaq üçün çox təsirli bir vasitə olduğundan yəqin ki çox az adamın xəbəri var.

Soğanın çox faydalı tərəvəz olduğunu hamı bilir. Ancaq onun prostat və klimaks ağrılarından xilas olmaq üçün çox təsirli bir vasitə olduğundan yəqin ki çox az adamın xəbəri var.

Baş soğan demək olar ki, bütün yeməklərin tərkibinə əlavə edilir. Müxtəlif şorbalar və salatlar da soğanla daha ləzzətli hala gəlir. Ancaq yeməyin və ya salatın tərkibində qəbul edilən soğan sağlamlıq üçün o qədər də faydalı deyil. Çünki, çox vaxt soğanı qovurur, qızardır və ya bişiririk.

Soğanı bir yeməyə əlavə etdikdə yağ, tomat pastası, ədviyyat, duz və digər əlavələr onun tərkibini dəyişir. Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, soğanın faydasını tam olaraq hiss etmək üçün çiy şəkildə hər gün eyni saatda qəbul etmək lazımdır. Bu, sizə çətin gələ bilər, amma soğanın nə qədər faydalı olduğunu bildikdən sonra onu çiy şəkildə yemək adət halını alacaq.

Klimaks zamanı istilik hissindən və ağrıdan şikayət edən qadınlar bol-bol soğan yeməlidirlər. Çünki soğanın tərkibindəki iki maddə klimaks dövrünün daha rahat keçməsinə kömək edir. Klimaks zamanı soğanın faydalarından yararlanmaq istəyən xanımlar bu resepti tətbiq edə bilərlər:

İki stəkan xlorsuz suyu (250-300 ml) qaynadın. Bir ədəd böyük soğanı soyduqdan sonra dörd və ya 6 hissəyə bölüb qaynayan suyun içərisinə əlavə edin. Ağzı qapalı şəkildə 5 dəqiqə qaynatdıqdan sonra qazanı kənara qoyub suyun soyumasını gözləyin. Hər gün günorta yeməyindən 10 dəqiqə əvvəl bu sudan 1 stəkan içmək lazımdır. İstəyən axşam da eyni şəkildə yeməkdən 10 dəqiqə öncə içə bilər. Ancaq hər dəfə yenidən hazırlamaq lazımdır.

Soğan suyu ilə müalicə 15 gün davam etdirilməlidir.

Qeyd edək ki, qırmızı və ya bənövşəyi rəngli soğanın müalicəvi təsiri daha az olduğu üçün reseptə uyğun olaraq ağ soğanın suyunu için.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm