Menstruasiya sancılarından azad olmaq üçün bunu edin
Bizi izləyin

Tabloid.az

Menstruasiya sancılarından azad olmaq üçün bunu edin

Menstruasiya sancılarından azad olmaq üçün bunu edin

Bu şikayətlər əsasən, menstruasiya zamanı yaranır və bir neçə gün davam edir. Lakin ağrılar bir neçə gün olsa da, qadının iş və sosial həyatına mənfi təsir edir. Bu prosesi ağrısız şəkildə başa vurmaq üçün bir sıra tədbirlər görülməsi vacibdir. Tabloid.az Rusiya mətbuatına istinadən menstruasiya öncəsi gərginlik sindromuna qarşı görülməsi vacib olan tədbirlər haqqında məlumatı təqdim edir:

Natarazlıq və ağlama böhranlarına səbəb ola bilir

Gərginlik sindromu menstruasiya başlamazdan 10-15 gün əvvəl və menstruasiya qurtarana qədər davam edir. Bu müddət qadınlarda duyğusallıq, əhvalın tez-tez dəyişməsi (depressiya, qorxu), yuxusuzluq, gərginlik, döşlərdə həssaslıq, orqanizmdə şişkinlik, yorğunluq, isti basmaları, iştaha dəyişiklikləri, baş və qasıq ağrısı, müvazinət tarazlığı, natarazlıq, ağlama böhranları, davranışda dəyişikliklər müşahidə olunur. Bu əlamətlər qadınların 75 faizində görülür və buna menstruasiya öncəsi gərginlik sindromu diaqnozu qoyulur. Bu kimi şikayətlər adətən menstruasiyanın ikinci yarısında baş verir.

Depressiya, həddindən artıq əsəbilik və yaddaş itkisinə diqqət!

Hər qadında menstruasiya öncəsi dövrdə bəzi əlamətlər ortaya çıxır. Bu əlamətlərin məqsədi qadının menstruasiya olacağından xəbərdar vermək və beləliklə də hazırlıqlı olmasını təmin etməkdir. Bu əlamətlər qadınların yarısından daha azında narahatedici olur, 5 faizi olduqca şiddətli əlamətlər hiss edir, qalan faizində isə davam gətirə biləcək vəziyyətdə olur. Depressiyadan, narahatlığa və həddindən artıq əsəbiliyə qədər bir çox müxtəlif duyğu müşahidə olunur. Bəzi qadınlarda yüngül yaddaş itkisi də ola bilər. Bəzi qadınlarda görülən depressiya halı, narahatlıq və gərginlik cədvəlinə premenstrual fəaliyyətin disforik pozğunluq (PMDD) adı verilir.

Mütəxəssis məsləhəti

Menstruasiya öncəsi gərginlik sindromu yumurtalıqları müntəzəm olaraq çalışan, ana olmaq üçün ən ideal yaş dövründə olan qadınlarda görülür. Ən çox görülmə yaşı 20-30 yaşa qədər olan dövrdür. Bu sindroma yumurtalamanın olmadığı yetkinlik və klimaks dövründə rast gəlinmir. Bir adama premenstruel sindrom diaqnozunu qoymaq üçün günümüzdə etibarlı diaqnoz testi yoxdur.

Yoqa və nizamlı məşq müalicədə mühüm amil hesab olunur

Bu sindrom müəyyən tövsiyələr və dərman dəstəyi ilə müalicə edilir. İlk əvvəl qidalanma vərdişinin dəyişdirilməsi lazımdır. Az və tez-tez, yağsız karbohidratlarla zəngin nizamlı və balanslı qidalanmaq lazımdır. Bundan başqa, kofein, alkoqol, siqaret, şokoladdan uzaq durmaq faydalı olur. Stress ilə başa çıxmaq üçün yoqa ilə məşğul olmaq və ya müntəzəm məşq etmək olar. Nizamlı məşq, serotonin hormonunun artmasını təmin edərək müalicədə effektli olur.

Yoqa ilə menstruasiya sancılarından azad olun

Bir çox qadınlar üçün menstruasiya dövrü çox çətin keçir. Belə hallarda çarəsizlikdən qıvrılmaq əvəzinə bəzi idman hərəkətləri ilə ağrıları azalda bilərsiniz.

Yoqanın bəzi hərəkətləri menstruasiya sancılarını azaltmaq üçün çox təsirlidir. Məsələn “ilan duruşu”. Ağzıüstə yerə uzanın. Əllərinizi çiyinlərinizin yanına yerə qoyun və ayaqlarınızı istifadə etmədən bədəninizi yerdən qaldırın. Başınızı arxaya verin və bu şəkildə normal nəfəs alıb verməyə davam edin.

Cəld edilən yürüşlər ən təsirli idmanlardan biridir. Yürüşü zəif addımlarla başlayıb, sonra artıra bilərsiniz. Üzmək, aerobika kimi ürək ritmlərini nizamlayan digər idmanlarla da eyni nəticə əldə edəcəksiniz.

Ev şəraitində edə biləcəyiniz digər idman növləri də var. Yerə uzanıb ayaqlarınızı havaya qaldırın, dizlərinizi sinənizə çəkin və 10 saniyə gözləyin. Belinizi incitməməyə çalışın.

Bu idman hərəkətlərini etdiyiniz zaman bədəninizin su itirməməsi üçün mütləq çoxlu su için.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm