Böyük burnu kiçik göstərən saç kəsimləri - Fotolar
Bizi izləyin

Tabloid.az

Böyük burnu kiçik göstərən saç kəsimləri - Fotolar

Böyük burnu kiçik göstərən saç kəsimləri

Böyük burunları gizlədən saç modelləri

Müasir dövrdə düzgün qidalanma, idman, meditasiya kimi sağlamlığa xeyiri olan işlərlərlə bərabər gözəllik və dəb məsələləri də aktualdır. Hər bir qadın gözəl olmaq istəyir və ya heç bir gözəl qadından geri qalmaq istəmir.

Bu baxımdan müxtəlif tədbirlər görməyə, hər gün daha gözəl görünməyə səy göstərirlər.

Lakin bəzi qadınlar var ki, onlarda üz nahiyəsində normal olmayan burunlar müxtəlif utanc hisslərinin yaranması ilə nəticələnir. Tibbin inkişaf etdiyi dövrdə onların bir qismi plastik əməliyyatlara üstünlük veririrlər. Lakin əməliyyata girməzdən əvvəl qadınlar bilməlidirlər ki, o qədər də böyük görünməyən burunları müxtəlif saç modelləri ilə gizləyə bilərlər.

Burada əsas qayda qısa saç kəsimlərindən birdəfəlik imtina etməkdir. Bunun üçün qısa saç modellərinin heç birinə üstünlük verilməməli, orta boy və uzun saçlardan ideal bir şəkildə istifadə edilmək tələb olunur.

Saç kəsimləri də üz cizgilərini ortaya çıxaran makiyaj qədər əhəmiyyətlidir. Bu baxımdan daha yumşaq və tarazlığınızı təmin edəcək saç modellərinə üstünlük versəniz, daha yaxşı olar.

...

Qat-qat saçlar bədəninizdə və üzünüzdə məmnun olmadığınız qisimlərin daha az diqqət çəkməsini təmin edir.

...

Kəkil saçlara həcm verən modellər arasında məşhurdur. Buna baxmayaraq, özünüzə uyğun olan modeli seçmək daha əhəmiyyətlidir.

Bunun üçün saçlarınızın çox qısa olmaması əsas şərtlərdən biridir. Çünki qısa çolkalarda burun nahiyəsi uzun və böyük görsənə bilər.

Dalğalı saç modeli balanslı şəkildə yayılaraq diqqəti burun nahiyəsindən uzaqlaşdırır. Həmçinin saçlara həcm vermiş olur.

...

Böyük burunları makiyaj texnikası ilə gizlətmək də mümkündür. Makiyajla burnu kiçik göstərən hiylələri bu yazıdan oxuya bilərsiniz: http://tabloid.az/news/11790

Oxumağa davam et
Reklam
Reklam

Gündəm