Şəkər xəstələrinin uzaq durmalı olduğu qidalar
Bizi izləyin

Tabloid.az

Şəkər xəstələrinin uzaq durmalı olduğu qidalar

Şəkər xəstələrinin uzaq durmalı olduğu qidalar

Şəkər xəstəliyi əsasən irsi əlamətlər daşıyan xəstəliklərdən sayılır. Bu xəstəlik insanlarda mədəaltı vəzinin öz funksiyasının düzgün yerinə yetirə bilməməsindən irəli gəlir. Bu da öz növbəsində insan orqanizmində maddələr mübadiləsinin pozulmasına səbəb olur. Bu xəstəliyə meyilli insanlar ilk növbədə ümumi bədən çəkisini daima nəzarət altında saxlamalıdır. Şəkər xəstəliyi əsasən qanın tərkibində şəkərin səviyyəsini qalxması, sidiyin tərkibində şəkərin müşahidə olması, ümumi bədən çəkisinin gözlənilmədən dəyişməsi, aclığın və susuzluğun son dərəcə qabarıq şəkildə büruzə verməsi, tez- tez sidiyə getməsi halları, səbəbsiz yorğunluq halları, görmə qabiliyyətinin zəifləməsi, yoluxucu xəstəlikləri törədən mikroblara və viruslara qarşı həssaslıq, balaca bir yaranın çox çətinliklə sağalması və s. halları ilə müşahidə olunur.

Tabloid.az şəkər xəstələrinə təhlükə yaradan qidaların siyahısını təqdim edir:

Şirniyyatlar: Kökələr, siroplar, şirniyyatlar və qida dəyəri baxımından kasıb olan, həmçinin aşağı keyfiyyətli karbohidrat tərkibli qidalar qan şəkərində ani dəyişikliklərə və çəki artımına səbəb olurlar. Bu iki halda diabet ağırlaşdırıb pisləşdirə bilər. Şəkər ehtiyaclarınızı yüksək keyfiyyətli karbohidratlı meyvələr ilə aradan qaldırmağa çalışın. Alma, böyürtkən, armud, üzüm və portağal şirin və sulu olması ilə yanaşı, tərkibləri liflə zəngindirlər və bu sayədə qlükoza ifrazı yavaşıyır. Bu meyvələr qan şəkərinə nəzarət üçün daha yaxşı variantdır. Meyvə ilə qəlyanaltı edərkən yanına zülal ilə zəngin qidalar (pendir dilimi, yağsız qatıq, fındıq və s) əlavə olunması qan şəkəri üzərindəki nəzarəti gücləndirir.

Meyvə suyu: Soda və digər şəkərli içkilərdən daha çox qida elementi ehtiva etmələrinə baxmayaraq, 100 faiz meyvə suyu olsalar belə, meyvə şəkər ilə çox zəngindir. Bu da qan şəkərində ani şiddətlənməyə yol açır. Meyvə suyunu deyil, liflə zəngin olan meyvənin özünü yemək daha faydalıdır. Meyvə həm qan şəkəri səviyyəsinin davamlılığını qoruyur, həm də kalorisi daha azdır. Dolayısı ilə çəkini də qoruyur. Sağlam və sərinləşdirici bir içki üçün sadə və ya təbii ətirli mineral suyunun içinə bir dilim limon əlavə edərək için.

Kişmiş: Quru üzüm və digər quru meyvələr şirniyyatlar yemək əvəzinə daha sağlam çərəzlər hesab olunur. Ancaq yenə də qan şəkərini yüksəldirlər. Qurutma prosesində tərkibindəki su çəkildiyindən təbii olaraq meyvə şəkəri konsentrasiya hala gəlir və orqanizm tərəfindən sürətlə həzm olunduğu qan şəkərində artıma səbəb olur. Qreypfrut, çiyələk, şaftalı, kivi, armud və s. təzə və bütün meyvələrə daha çox üstünlük verin.

Qızarmış kartof: Yağlı, qızarmış qidaların çox istehlakı, həm çəki artımına, həm də qan şəkəri üzərində böyük təhlükələrə yol aça bilər. Çipsi, kartof qızartması kimi ağır karbohidrat və nişasta tərkibli qidalar da qan şəkərində ani artıma səbəb olduqlarından diabet xəstələri üçün uyğun deyil. Qızarmış qidalar çox miqdarda yağ ehtiva etdikləri üçün əlavə kalori deməkdir. Bəzi bitki yağları qeyri-sağlam yağlar daşıyırlar. Həm pis xolesterini, həm də ürək xəstəlikləri riskini artırırlar. Şəkər xəstəliyiniz varsa və ya qarşısını almağa çalışırsınızsa, doymuş yağ qəbulundan qaçın, qida etiketlərinə nəzarət edin və bu bitki yağlarında bişən qidaları yeməyin.

Ağ çörək: Rafinə olunmuş nişastalar (ağ çörək, ağ düyü, ağ makaron və ağ un ilə hazırlanan digər qidalar) bədəndə həzmə başlayanda şəkər kimi hərəkət edirlər. Şəkər kimi qlükoza nəzarətinə müdaxilə edirlər, diabetli insanlar ağ çörək istehlakından çəkinməlidirlər. Tam taxıllar liflə zəngin olduqlarından qan şəkərinə nəzarət edərək onu sabit saxlayırlar. Ağ çörək yerinə tam taxıllı qızarmış çörək, yanına zülal dəstəyi olaraq az yağlı pendir və ya yumurta əlavə olunmalıdır. Günorta və ya axşam yeməklərində ağ karbohidratları sağlam olan və qan şəkəri üzərindəki təsiri azaltmaq üçün tam taxıllı variantları (əsmər düyü, kəpəkli makaron, bolqar plovu, kinoa və s.) ilə dəyişdirilməlidir. Yüksək keyfiyyətli tam taxıllı nişasta mənbələri də qan şəkərini müəyyən bir səviyyədə yüksəltdiyindən porsiyaları məhdudlaşdırmaq lazımdır.

Tam yağlı süd: Diabetli xəstələrdə doymuş yağla zəngin pəhriz insulin müqavimətini pisləşdirə bilər. 1 faiz yağlı və ya yağsız süd istifadə edilməlidir. Krem, tam yağlı qatıq, tam yağlı pendir, krem pendir kimi digər yağlı süd məhsullarından çəkinməli və ya az yağlı variantlara üstünlük verilməlidir.

İşlənmiş ət məhsulları (sucuq, kolbasa, sosiska, basdırma): Tam yağlı süd məhsulları kimi işlənmiş ət məhsulları da yüksək nisbətdə doymuş yağ ehtiva edir. Orqanizmdə iltihabın başlamasına təkan verib, müxtəlif fəsadlara səbəb olurlar. Diabeti olanlar ürək xəstəliyi riski ilə qarşı-qarşıya qalırlar. Yüksək yağlı ət istehlakı ilə bərabər isə daha böyük bir risk daşıyırlar. Boşqabınızı sucuq, basdırma, kolbasa və s. doldurmaq əvəzinə dərisiz toyuq və hinduşka, balıq, dəniz məhsulları və ya yağsız bifşteks və s. üstünlük verin.

Kekslər, tortlar, çörəklər: Hazır qablaşdırılmış qidalar və bişmiş məhsullar şəkər, sodium, ağ un və qoruyucu maddələrlə doludur. Şirniyyat və qənnadı məhsulları qan şəkərində ani artıma səbəb olub, iltihaba yol açırlar, bu vəziyyət də insulinin normal funksiyanın davamlılığını pozur. Adətən bu məhsullara trans yağlar da daxildir. Bu zəhərli yağlar xolesterini və ürək xəstəliyi riskini artırırlar. Qida etiketlərində trans yağ tərkibinin 0 qram olması lazımdır. Paketləşdirilmiş hazır şirniyyatlardan uzaq durmaq hər şeydən əvvəl kalori və maddi qazanc sonra da qan şəkəri tarazlığını qoruyur.

Duzlu çərəzlər: Ağ un, maya, duz, bitki yağları və ya qarğıdalı siropundan düzəldilir. Qida elementlərindən tamamilə məhrumdur. Bəzi çərəzlər kartof çipsiləri kimi qızardılmamış, onun əvəzinə bişirilmiş ola bilər. Bu daha az kalorilidir, ancaq insana həm toxluq verməz, həm də qan şəkərini yüksəldir. Daha balanslı toxluq hissi verən və qan şəkərini tənzimləyici zülal ehtiva edən qidalara üstünlük verin. Az yağlı pendir ilə düyü, bir ovuc qabıqlı duzsuz püstə və ya yağsız qatıq daha sağlam variantlardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm