Elnur “O ses Türkiyə”yə Ebru Gündeşin sifarişi ilə gedib - İddia, Video
Bizi izləyin

Tabloid.az

Elnur “O ses Türkiyə”yə Ebru Gündeşin sifarişi ilə gedib - İddia, Video

Ebru Gündeşin onun təyyarə biletinə qədər aldığı deyilir.

Müğənni Elnur Hüseynovun “O səs Türkiyə”də çıxışı hələ çox müzakirə olunacaq. Onun səsinə artıq bir çox musiqişünaslar, bu sahənin peşəkarları öz fikirlərini bildirəcəklər. Amma adi insanlar kimi, televiziya işçiləri də gördükləri qarşısında susa bilmirlər. Türkiyənin “KanalTürk” telekanalının aparıcıları canlı yayımda həmyerlimizin çıxışını şərh edərək heyranlıqlarını gizlətməyiblər və Elnurun yarışmaya Ebru Gündeşin gizli təklifi ilə gəlməsinə də eyham vurublar.

Elnurun Ebru Gündeşi seçməsi müzakirə edilən mövzularda biri olub. Niyə axı Elnur Ebru Gündeşi seçdi?

Aparıcılar bunu belə şərh edib: “Ebru Gündeşin həyat yoldaşı da əslən azərbaycanlıdır. Artıq “O səs Türkiyə”nın qalibi də bəllidir. Ebru Gündeşin komandasından Elnur birinci olacaq. İndiyədək alternativ daha yaxşı səs eşitməmişəm. Ebru Gündeşin onun təyyarə biletinə qədər aldığı deyilir”.

Tabloid.az həmin videonu təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm