Əbdül Xalid klip çəkilişlərinə hazırlaşır
Bizi izləyin

Tabloid.az

Əbdül Xalid klip çəkilişlərinə hazırlaşır

Sənətçinin ifa etdiyi yeni mahnı “Doğum günü” adlanır.

Yeni il öncəsi müğənnilər heyranlarını sevindirməyə çalışır. Kimisi konsert verir, kimisi klip çəkdirir, kimisi də təqdimat keçirib yaxınlarını ətrafına toplayır.

Müğənni Əbdul Xalid də Yeni ilə həftələr qalan bir ərəfədə heyranlarını yeni mahnı ilə sevindirməyi bacarıb. Belə ki, müğənni yeni mahnı ifa edib. Sənətçinin ifa etdiyi yeni mahnı “Doğum günü” adlanır. Mahnının sözləri Mələk Xəlilə, bəstəsi isə Bəbir və Ülviyyəyə aiddir.

Mahnı artıq hazırdır və yaxın günlərdə Əbdul Xalidin yeni ifasını radio dalğalarında eşitmək mümkün olacaq.

Tabloid.az-a açıqlama verən müğənni bu ay adıçəkilən mahnıya klip çəkdirəcəyni də bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm