• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kişilərin yaraşıqlı görünməsi üçün faydalı məsləhətlər

Kişilərin yaraşıqlı görünməsi üçün faydalı məsləhətlər

Qadınlar gözəl görünmək üçün istənilən vasitəni sınaqdan keçirməyə və hər şeyə əl atmağa hazırdırlar. Kişilər isə təbiətin onlara bəxş etdiyi görkəmləri ilə daha barışıq olurlar. Müasir dövrdə yaşasaq da, kişilər yaraşıqlı və cəzbedcici görünmək üçün ağlagəlməz vasitələri sınaqdan keçirmirlər. Kişilərin çox az hissəsi estetik əməliyyat etdirir. Lakin gəlin etiraf edək ki, onların da qadınlar qədər özlərinə baxmağa haqqı var. Tabloid.az Rusiya mətbuatına istinadən kişiləri yaraşıqlı göstərən bir neçə məlumatı təqdim edir:

Mükəmməl görünmək üçün əməliyyat etdirmək mütləıq deyil, bunun üçün daha asan və faydalı yollar var. Bunların hamısı da özünüzə və bədəninizə daha yaxşı baxmanızla əlaqədardır. Daha sağlam həyat tərzi fiziki baxımdan daha yaxşı görünmənizi təmin edir və dərinizdən gözaltı torbalarınıza, hətta saçınızın parlaqlığına qədər hər şey üçün faydalı olar.

Səhərlər güzgüdə gördüyünüz adamın hər zamankından daha cazibəli olmasını istəyirsinizsə, bu 10 sadə sağlamlıq və qidalanma tövsiyələrini tətbiqiniz yetərlidir.

Dərinizə xüsusi diqqət göstərin. Təraş üçün xüsusi köpük və lasyonlardan istifadə edin. Dərinizin qıcıqlanmaması üçün keyfiyyətli ülgüclərə üstünlük verin. Duş üçün gel, antiperspirant, ətirlərdən istifadə edin.

Dumansız yaşayın. Siqareti tərgidin. Siqaretin sağlamlığa və xarici görünüşdə yaratdığı fəsadlar heç kimə sirr deyil.

Düzgün qidalanın. Sağlam qidalanmaq: daha parlaq dəri və saçlar, daha cazibədar bir bədən deməkdir.

Yuxu rejiminə fikir verin. Ən az səkkiz saat yatın. Bu, vacibdir. Eyni zamanda, təzyiqi və stressi azaldır. Bunun sayəsində alnınızdakı və göz kənarınızdakı qırışlar da azalar. Yuxusuzluq, gözlərinizin altının torbalanmasına da səbəb olar.

Su için. Dərinin xüsusilə də günəşin səbəb olduğu zərərlərə qarşı öz funksiyasının düzgün icra etməsi üçün suya ehtiyacı vardır. Gündə səkkiz stəkan su içmək toksinlərin bədəndən atılmasına kömək edir, qidaların vitamin və minerallarını dərinin daha dərin laylarına daşıyır.

Arıqlayın. Köklük təkcə qadınların eybi deyil. Kişilər də kökələndə, xüsusən qarın buraxanda çox eybəcər və kobud görünürlər. Nəzərə alsaq ki, piylənmə özü baxımsızlıq sayılır, bu məqama xüsusi diqqət ayrılmalıdır.

Antioksidant qəbul edin. Meyvə və tərəvəzlərdəki A, C və E vitamini kimi antioksidantlar, bədən üçün mütləq lazımlıdır. Bunlar dərini bərpa edir və elastikliyini artırır, infarkt və xərçəng riskini azaldır.

Spirtli içkilərdən bacardıqca uzaq durun.

Dik durun. Düz qamət hər şeydən önəmlidir. Bacarsanız idmanla məşğul olun.

Zövqlə geyinin. Ən önəmlisi sizə yaraşanı geyinin. Bəziləri dəbdir deyə nə gəldi geyinirlər. Təki moda ilə ayaqlaşsınlar. Balacaboy, qısa ayaqlı, bir az qarnı olan kişi dar cins şalvar geyinəndə düşünmürmü ki, onun vücüd qüsurları daha qabarıq görünür?

Xəbər lenti

DAHA ÇOX XƏBƏR