Sevinc niyə “diva” olmaq istəmədi?
Bizi izləyin

Tabloid.az

Sevinc niyə “diva” olmaq istəmədi?

Müğənni Sevinc Ağaşirinova Türkiyə mətbuatında "Azərbaycanın divası" adlandırılmasına münasibət bildirib.

Müğənni Sevinc Ağaşirinova Türkiyə mətbuatında "Azərbaycanın divası" adlandırılmasına münasibət bildirib. Tabloid.az-ın məlumatına görə, qardaş ölkədə ona göstərilən diqqətdən məmnun olduğunu dilə gətirən ifaçı bu cür adlandırılması ilə bağlı yaranan müzakirələrdən narahat olduğunu bildirib:

"Türkiyə mətbuatında haqqımda tez-tez məlumatlar dərc olunur. Yazılan xoş sözlərdən məmnunam, başqa bir ölkədə də diqqət görmək xoşdur. Məni "Azərbaycanın ən gözəl müğənnisi", "Azərbaycanın divası" adlandırmaları müəyyən söz-söhbətlərə səbəb olub. Bəziləri düşünürlər ki, mən özümü bu cür təqdim etmişəm və ya özüm-özümü diva adlandırmışam. İlanla rəqsim Türkiyə mətbuatının diqqətini çəkib. Türkiyədə olanda da mənə bildirdilər ki, bizim səhnədə belə bir müğənni yoxdur. Bu cür söhbətlər məni narahat edir. Mən öz sənətimlə ciddi məşğul olan, üzərində var gücü ilə çalışan gənc müğənniyəm. Uğurlarım qarşıdadır. Hamı bilir ki, ölkəmizin divası xalq artisti Aygün Kazımovadır. O, illərlə bu sənətdə can qoyub və bu ada layiqdir. Mən isə gələcəkdə uğurlarım sayəsində fərqli ada layiq görülmək istəyirəm. Aygün xanıma da uğurlar arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm