Cem Yılmaz Türkiyə gözəli ilə eşq yaşayır - Fotolar
Bizi izləyin

Tabloid.az

Cem Yılmaz Türkiyə gözəli ilə eşq yaşayır - Fotolar

Məşhur komediya ustası Cem Yılmazın model Ayşə Hatun Önalla eşq yaşaması xəbəri Türkiyə şou-biznesində bomba effekti yaradıb

Məşhur komediya ustası Cem Yılmazın model Ayşə Hatun Önalla eşq yaşaması xəbəri Türkiyə şou-biznesində bomba effekti yaradıb.

Bundan bir həftə öncə bir müddətdir ki, birlikdə olduğu avstraliyalı dizayner Melaniya Şepherdlə görüntülənən Cem Yılmazın belə tez müddətdə sevgili dəyişməsi hamını təəccübləndirib.

1999-cu ildə “Türkiyə gözəli” seçilən Ayşəni “Son ümid” filminin qala gecəsinə dəvət edən Cem Yılmaz daha sonra təşkil edilmiş ziyafət mərasiminə də gözəl modellə birlikdə gedib.

Məkanı eyni avtomobildə tərk edən cütlüyün sosial şəbəkələrdə də bir-birlərini izləməyə başladıqları bildirilir.

Qeyd edək ki, Cemin keçmiş həyat yoldaşı, model Ahu Yağtudan Kamal adında bir oğlu var.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm