Mədə deşilməsinin əsas səbəbləri
Bizi izləyin

Tabloid.az

Mədə deşilməsinin əsas səbəbləri

Mədəni sıradan çıxardan qidalar

Xora xəstəliyi: Mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi bütün orqanizmin xroniki xəstəliyidir. Mədənin və ya onikibarmaq bağırsağın selikli qişasında xoranın əmələ gəlməsi ilə xarakterizə olunur. Xəstəlik təkrarlanır, müxtəlif müddətli kəskinləşmə və zəifləmə dövrü olur.

Xora xəstəliyi geniş yayılmış xəstəliklərdəndir. Bu xəstəliyə kişilər qadınlara nisbətən 3-10 dəfə çox tutulurlar. Xora xəstəliyinin etimologiyasında ümumi sinir sistemi və hormonal tənzimedici mexanizmlərdəki pozğunluqlara, həmçinin mədənin özündə baş verən dəyişikliklərə (turşuluğun artması, selik ifrazının azalması) böyük əhəmiyyət verilir. Xora xəstəliyinə tutulanlarda mədə şirəsinin miqdarı və turşuluğu çoxalır, mədə şirəsini tənzimləyən azan sinirin tonusu artır. Xora xəstəliyi irsi xüsusiyyətlərdən, qidalanma rejiminin pozulmasından, kəskin qidalar yedikdə, spirtli içkilər içdikdə, siqaret çəkdikdə və sinir-psixi gərginlikdən dolayı baş verə bilər.

Xəstəlik çox vaxt yaz və payız fəsillərində kəskinləşir. Xəstəliyin gedişində bəzi ağırlaşmalar müşahidə edilə bilər: qanaxma, xoranın qonşu orqanlara keçməsi, xoranın sərbəst qarın boşluğuna perforasiyası (deşilməsi), mədə çıxacının daralması (stenoz), xoranın xərçəngə çevrilməsi və s.

Mədə və ya onikibarmaq bağırsaq xorasının perforasiyasında qarında şiddətli ağrı olur, xəstəni soyuq tər basır, rəngi avazıyır, qan təzyiqi aşağı düşür. Xora xəstəliyi, zamanı qanaxma olduqda nəcisin rəngi qaralır, qan qusma halları baş verə bilər. Bu zaman xəstə ümumi zəiflikdən, ətraflarının soyumasından şikayətlənir, nəbzi sürətlənir, qan təzyiqi aşağı düşür. Düzgün diaqnoz qoymaq üçün rentgen müayinəsindən və qastroskopiyadan istifadə edilir.

Tabloid.az mədədə yaranan xora xəstəliyinin 6 əsas düşmənini bu cür sıralayıb:

1.Tünd çay və çox qəhvə içmək: Əgər çay içməyi çox sevirsinizsə, gündə 2-3 stəkan açıq çay için. Çay və qəhvəni bitki çayları ilə əvəzləyə bilərsiniz. Çox çay içmək də həm də dəmiri orqanizmdən çıxardır.

2. Uzun müddət ac qalmaq: Az-az, amma tez-tez yemək prinsipinə əməl edin. Bu cür qidalanmaq mədə üçün daha xeyirlidir.

3. Siqaret çəkmək: Xüsusilə acqarına çəkilən siqaret mədə qanamasını və xorasını sürətləndirir.

4. Tez-tez yemək yemək: Tələsik qidalanmaq turşu ifraz olunmasını və mədə hərəkətlərini artırır.

5. Acılı yeməklər: Qırmızı bibər, qara bibər və istiot kimi acı ədviyyatlar mədəyə ziyan vurur.

6. Çox duzlu qidalarla qidalanmaq: Gündə 6 qramdan çox duz istifadə etməyin.

Müalicəsi

Əsasən, pəhriz saxlamaq, mədə şirəsini artıran qidaları (ədviyyatlı və ekstraktiv qidalar, konservlər və s.) qida rasionundan çıxarmaq lazımdır.

Süd və süd məhsulları yemək, mədə turşuluğunu neytrallaşdıran, mədə sekresiyasını azaldan, spazmı aradan qaldıran, sinir sistemini sakitləşdirən, xoranın sağalmasını sürətləndirən preparatlardan istifadə etmək məsləhətdir.

Xəstəliyin kəskin dövrü keçəndən sonra sanatoriya-kurort müalicəsi yaxşı olardı.

Xora xəstəliyinin bəzi ağırlaşmaları (qanaxma, xoranın deşilməsi) zamanı təcili cərrahi müdaxilə qaçılmazdır.

Profilaktikası

Rasional pəhriz rejimi, siqareti tərgitmək, qastriti vaxtında müalicə etmək profilaktik tədbirlərə daxildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm