Amerikalı müğənni Rusiya prezidenti ilə mübarizə aparacaq
Bizi izləyin

Tabloid.az

Amerikalı müğənni Rusiya prezidenti ilə mübarizə aparacaq

Vladimir Putin və Teylor Svift “İlin adamı” adı uğrunda mübarizə aparacaq

NBC telekanalı bu il “TİME” jurnalının “İlin adamı” adı uğrunda mübarizə aparacaq nominantların adlarını açıqlayıb.

Siyahıya ümumilikdə 8 nəfər daxil olub. Onlar arasında amerikalı müğənni Teylor Svift və Rusiya Federsiyasının prezidenti Vladimir Putin də yer alıb. Bundan başqa, siyahıda Amerikanın Ferquson şəhərinin protestantları, “Apple” şirkətinin rəhbəri Tim Kuk, Milli futbol liqasının komissarı Rocer Qudell, iranlı siyasətçi Masud Bərzani, Çin internet kompaniyası “Alibaba Group”un direktoru Cek Ma və Ebola virusu əleyhinə mübarizə aparanlar daxil olub.

TİME jurnalı nəticələri sabah – 10 dekabr elan edəcək.

Qeyd edək ki, ötən il “TİME” jurnalı “İlin adamı” adına Roma papası Fransiski layiq görüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm