Samir Piriyev qaydaları pozacaq
Bizi izləyin

Tabloid.az

Samir Piriyev qaydaları pozacaq

Şou-biznesdə yazılmamış bir qanunu var

Şou-biznesdə yazılmamış bir qanunu var. Əgər bir mahnı hitə çevrilibsə, xalq tərəfindən sevilirsə əksər müğənnilər həmin mahnıya klip çəkdirmir. Bunu belə izah edirlər ki, artıq mahnı “tutuzdurub” və əlavə xərcə, əlavə reklama ehtiyacı yoxdur. Amma deyəsən hər kəs belə düşünmür...

Belə ki, müğənni Samir Piriyevin ifa etdiyi “Mələyim olarsan” mahnısı hitə çevrilsə də, o, bu mahnıya klip çəkdirəcək.

Tabloid.az-a açıqlama verən müğənninin prodüseri Anar Mədətov bildirib:

“Mahnı kimi klip də xalqın sevimlisi olacaq. Xanım rolunda tanınmış bir simadan istifadə edəcəyik. Lakin mahnının müəllifi meyxanaçı Ceyhun Abbasovun klipdə həm səsini, həm də özünü görmək olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm