Şakira ilə Rihanna onun kölgəsində qaldılar – Siyahı
Bizi izləyin

Tabloid.az

Şakira ilə Rihanna onun kölgəsində qaldılar – Siyahı

“YouTube” 2014-cü ildə ən populyar olan kliplərin adlarını açıqlayıb

“YouTube” video izləmə portalı 2014-cü il ərzində ən çox izlənilən 10 video klipin adını açıqlayıb. Hesablamanın aparılmasında video klipin izlənilməsi, yazılan şərhlər, həmçinin, digər sosial şəbəkələrdə videonun paylaşılması nəzərə alınıb.

Birinci yeri amerikalı müğənni Keti Perrinin “Dark Horse” adlı klipi tutub. Klip 2014-cü il ərzində 716 milyon dəfə izlənilib.

İkinci yerdə Enriki İqlesias gəlir. Müğənninin “Bailando” adlı klipi 588 milyon dəfədən çox izlənilib.

Üçüncü yeri isə 2 müğənni tutub. Kolumbiyanın gözəli Şakira ilə Barbadosun fəxri Rihannanın “Can’t Remember to Forget You” klipi 444 milyondan çox izlənilməklə məşhur cütlüyə 2014-cü ilin TOP 3-lüyünə düşməyə yardımçı olub.

TOP 10-luğu isə Niki Minajın “Anaconda” klipi tamamlayır. 4 ay əvvəl “YouTube”-a yerləşdirilən klip artıq 328 milyon dəfədən çox izlənilib. Onu da qeyd edək ki, klip ilk 24 saat ərzində baxış sayına görə “YouTuba”-da rekord qırıb.

Tabloid.az 2014-cü il ərzində “YouTube”da ən çox izlənilən kliplərin TOP 10-luğunun siyahısını təqdim edir.

1. Katy Perry — “Dark Horse” (feat. Juicy J)

2. Enrique Iglesias — “Bailando” (feat. Descemer Bueno, Gente De Zona)

3. Shakira — “Can’t Remember to Forget You” (feat. Rihanna)

4. Shakira — “La La La (Brazil 2014)” [feat. Carlinhos Brown]

5. Jason Derulo — “Wiggle” (feat. Snoop Dogg)

6. Iggy Azalea — “Fancy” (Explicit) [ft. Charli XCX]

7. Sia — “Chandelier”

8. Taylor Swift — “Shake It Off”

9. Meghan Trainor — “All About That Bass”

10. Nicki Minaj — “Anaconda”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm