Dikdaban ayaqqabılar qadının cinsəl arzusunu gücləndirir
Bizi izləyin

Tabloid.az

Dikdaban ayaqqabılar qadının cinsəl arzusunu gücləndirir

Dikdaban ayaqqabılar qadının cinsəl arzusunu gücləndirir

İtalyan həkim Mariya Çerutonun fikrincə, qadınların hündürdaban ayaqqabı geyinməsi onların cinsi həyatına təsirsiz ötüşmür. Tabloid.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ayaqqabının dabanı nə qədər hündür olarsa, qadının cinsi həyatı bir o qədər yaxşılaşar. Tədqiqatçının sözlərinə görə, dabanın 5 sm hündür olması kiçik çanaq əzələlərini möhkəmləndirməklə intim həyatı yaxşılaşdırır.

Qeyd edək ki, ixtisasca uroloq olan Çeruto özü də uzun illərdir ki, hündürdaban ayaqqabı geyinir. Onun tədqiqatlarında hündürdaban ayaqqabıları sevən 50 yaşadək olan 66 qadın iştirak edib. Araşdırmalar göstərib ki, iştirakçı qadınların qamət və duruşları ilə hündürdaban ayaqqabı geyinməyən qadınların qamətləri arasında heç bir prinsipial fərq mövcud olmasa da, onların cinsəl həyatları fərqlənir. Belə ki, hündürdaban çanaq əzələlərini süstləşdirməklə onların gücünü artırır və yığılmasını sürətləndirir. Çanaq əzələlərinin yaxşı məşq etdirilməsi isə şəhvət hissinin artmasına və bununla da cinsi yaxınlıqdan daha çox həzz almağa təsir göstərir. Həkim Çeruto bildirir ki, qadınların əksəriyyəti çanaq əzələlərini möhkəmlətmək üçün xüsusi məşqlərdən yararlanmırlar. Hündürdaban ayaqqabı geyinməklə isə onlar əzələlərini istər-istəməz məşq etdirmiş olurlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm