Azərbaycanlı aktrisa ən bahalı filmdə rol aldı - Fotolar, Video
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı aktrisa ən bahalı filmdə rol aldı - Fotolar, Video

Nəsrin Cavadzadə getdikcə populyarlaşır

Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Türkiyədə çəkilən ən bahalı filmdə rol alıb. 20 milyon lirəyə başa gələn “Son məktub” adlı film Çanaqqala döyüşündən bəhs edir. Film 2015-ci ilin mart ayında Çanaqqala zəfərinin 100-cü ilində eyni vaxtda 100 ölkədə nümayiş olunacaq. Artıq filmdən ilk kadrlar yayımlanıb.

Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, filmdə baş rollarda Tansel Öngel, Nəsrin Cavadzadə, Hüseyin Avni Danyal və Bülent Şakrakı görəcəyik. Aktrisa Nəsrin Cavadzadə Nihal adlı tibb bacısını canlandırıb.

Qeyd edək ki, iki “Qızıl portağal” laureatı olan Nəsrin Cavadzadə Türkiyədə getdikcə populyarlaşır. Aktrisanın Beren Saat, Nurgül Yeşilçay kimi ulduzların ən böyük rəqibi olduğu deyilir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm