Sümük suyunun möcüzələri
Bizi izləyin

Tabloid.az

Sümük suyunun möcüzələri

Son illərdə sağlam qidalanmağa çalışan insanların sayı sürətlə artır

Son illərdə sağlam qidalanmağa çalışan insanların sayı sürətlə artır. Elə bu səbədən də sağlamlıqla bağlı hər gün yeni bir tövsiyə dəb halını alır. Necə ki, bir ara yaşıl çay, dəniz duzu sağlam qidalananların vaz keçilməzləri siyahısında idilər, indi də sümük suyu sağlam həyat tərzini seçənlərin gündəlik qida rasionlarında yer almağa başlayıb.

Əslində sümük suyu çox qədim zamanlardan bəri faydalı xüsusiyyətlərinə görə istifadə olunub. Ancaq müasir həyat tərzi bizə bu faydalı qidanı unutdurmuş, fast-foodlar onun yerini almışdı. Xüsusilə bu ilin ortlarından etibarən dünyanın ən məşhur həkimləri sümük suyu içməyi tövsiyə etməyə başlayıblar. Bu suyun enerji səviyyəsini yüksəltdiyini, oynaq ağrılarından xərçəngə qədər bir çox xəstəliyə çarə olduğunu bildirirlər.

Sümük suyu hər dərdin dərmanıdır?

Tabloid.az bu yazıda bu suala aydınlıq gətirir. Balıq, toyuq və ya qoyun və dana sümüklərinin qaynadılmasıyla əldə edilən sümük suyu orqanizmdə təsirini ən az 4 saat, ən çox 48 saat qoruyur.

Həkimlərin sözlərinə görə, sümük suyunu sağlamlıq üçün bu qədər dəyərli edən sümüyün tərkibindəki vitamin və minerallardır. Sümükləri uzun müddət qaynatdıqda sümükdə olan kalsium, fosfat kimi faydalı maddələr suya keçir.

Sümük suyu içməklə sağlam sümüklərə, daha parlaq saçlara və güclü immun sisteminə sahib olmaq mümkündür.

25 yaşdan sonra bir çox insanda oynaq ağrıları müşahidə olunur. Sümük suyu tərkibindəki qlukozamin maddəsi sayəsində bu problemlə mübarizə aparır.

Qidadan qaynaqlanan allergiyalar və genetik olaraq keçən immunitet sistemi problemləri incə bağırsağın keçiriciliyi ilə əlaqələndirilir. Bəzi hallarda isə mədə və bağırsaq yolu ilə həzm edilməmiş yemək hissələri birbaşa olaraq qan dövranına keçir. Bağırsaqların hamısı qığırdaq və kolajen toxumadan meydana gəlir. Sümük suyunun tərkibində olan maddələr bağırsaq divarlaırnı gücləndirir və beləliklə qida allergiyalarından qorunursunuz.

Sümük suyunu bədəndəki iltihab və ödəmdən qaynaqlanan şişləri atmaq üçün də istifadə edə bilərsiniz. Araşdırmaçılara görə, otla qidalanan heyvanların sümüklərində omeqa 3 yağ turşuları və linoleik turşusu olur. Hər iki turşu növü də bədəndə meydana gələn iltihablanmanı aradan qaldırır.

Sümük suyunu nə qədər içməli?

Sağlam bir həyat üçün sümük suyundan ömür boyu istifadə etmək lazımdır. Bir həftə və ya bir ay istifadə etməklə faydasını görmək mümkün olsa da, problemlərdən uzaq olmaq üçün davamlı olaraq qida rasionunuzda bu möcüzəvi qida yer almalıdır. Mütəxəsislər həftənin 3-4 günü 1 fincan sümük suyu içməyi təklif edirlər. Ancaq sağlam qidalanmasanız və tərkibində təhlükəli maddələr olan hazır qidalar, fast-fodd və s. yesəniz, sümük suyundan fayda görə bilməyəcəksiniiz.

Sümük suyu necə hazırlanır?

Sümük suyunun möcüzələrini müşahidə edə bilmək üçün yaxşı şəraitdə yetişmiş heyvanın keyfiyyətli sümüklərini seçməlisiniz. Həkimlər üzərində ağ rəngli qığırdaq və bağ toxumalarının olduğu sümükləri məsləhət bilirlər.

Sümük suyunu yalnız qırmızı ətdən deyil, həmçinin toyuq və balıqdan da əldə etmək olar.

Bir qazanı üçdə biri qədər sümüklə doldurun və sümüklərin üzərini örtəcək qədər su əlavə edin. Bir az dəniz duzu əlavə edib qazanı zəif odun üzərinə qoyun, 4 saat bişirin. Sümük suyunu 24 saata qədər qaynatmaq olar.

Sümükləri qaynatdıqdan sonra süzgəcdən süzüb şüşə qaba doldurun. Sümükləri uzun müddət qaynatdıqda su gel formasını alır. Bu suyu soyuducuda saxlatdıqda üzərində üzərində yağ təbəqəsi əmələ gəlir. Bu yağı yığıb yeməkləri bişirərkən istifadə edə bilərsiniz. Əldə etdiyiniz yağ orqanizmi faydalı maddələrlə təmin etməyə qadirdir.

Sümük suyu soyuducuda 1 həftə qala bilər. Ondan çox saxladıqda faydalı maddələr itir. Ona görə də 1 həftədən bir yenidən hazırlayın.

Sümük suyunu stəkana töküb içki kimi içmək olar. Amma bunu bacarmayanlar sümük suyunu yeməklər əlavə edə bilərlər.

Daha dadlı olması üçün tərkibinə duz, ədviyyat və tərəvəzlər əlavə etmək olar. Bu zaman sümük suyu ləzzətli bir şorbaya çevrilir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm