Məryəm Üzərli sevgilisi ilə qol-boyun çəkilmiş fotolarını yaydı
Bizi izləyin

Tabloid.az

Məryəm Üzərli sevgilisi ilə qol-boyun çəkilmiş fotolarını yaydı

Məryəm Üzərli ilə aktyor Ozan Güvənin 2 aydır birlikdə olduqları ortaya çıxıb

Türkiyəli yumor ustası Cem Yılmazın evindən çıxarkən əl-ələ yaxalanan aktrisa Məryəm Üzərli ilə aktyor Ozan Güvənin 2 aydır birlikdə olduqları ortaya çıxıb.

Ozan Güvən tükənmişlik sindromuna yaxalandığı üçün “Möhtəşəm yüz il” serialından ayrılaraq Almaniyaya gedən Məryəm Üzərli ilə Berlində tez-tez görüşürmüş. Aktrisaya dəstək olan və onu pessimist əhval ruhiyyədən çıxaran Ozan Güvən “GQ” mükafatları zamanı Türkiyəyə qayıdan Məryəmə hisslərini açıb.

Qeyd edək ki, bundan bir ay öncə Məryəm Üzərli öz “İnstagram” hesabında Ozan Güvənlə qucaqlaşaraq çəkdirdiyi selfini paylaşaraq "Onu sevirəm" şərhini yazmışdı.

Ancaq o zaman hamı iki məşhurun sadəcə dost olduqlarını düşünmüş, sevgili olduqları heç kimin ağlına gəlməmişdi.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm