Ətir seçərkən yaşınızı da nəzərə alın
Bizi izləyin

Tabloid.az

Ətir seçərkən yaşınızı da nəzərə alın

Ətir seçərkən yaşınızı da nəzərə alın

Hər yaşın özünə xas cazibədarlığı və özünə xas ətri var. Hansı tərz qoxuların yaşınıza uyğun olduğunu bilmək istəyərdiz? Tabloid.az yaşa görə düzgün ətir seçimi haqqında məlumatları təqdim edir:

20 yaşından yuxarı xanımlar: Gənc xanımlar daha dinamik və enerjili olduqları üçün bir çox ətrləri sınaqdan keçirə bilərlər. Lakin bu yaşlara ən uyğun olan iti və yüngül qoxulu parfumlardır. Ağ yarpaqlı portağal çiçəyi və inciçiçəyi, meyvə və şirin ətirli yüngül qoxular bu xanımlar üçün daha əlverişlidir.

30 yaşından yuxarı xanımlar: Konfranslar, iş yığıncaqları, iş yerində keçirilən uzun saatlar, peşə məsuliyyəti, bu yaş qadınların gündəlik iş rejiminə çevrilib. Buna görə də bu yaşlarda istifadə edilən qoxular özünü ön plana çıxartmamalıdır. Ümumiyyətlə, ən çox yaşıllıq və ədviyyat qoxulu ətirlərə üstünlük verilməlidir.

40 yaşından yuxarı xanımlar: Bu yaşlardakı qadınlar ətirlərdən gözəl iy verməsi xaricində, başqa şeylər də gözləyərlər. Məsələn, istifadə etdiyi qoxu onun fərdi bir imzasına çevrilməlidir. Bu baxımdan lavanda, zəncəfil kimi aromatik qarışıqların da rahatlaşdırıcı təsirləri bu yaş xanımlar üçün ideal seçim sayıla bilər.

50 yaşından yuxarı xanımlar: Dəyərlərin ən çox önə çıxdığı yaşlardır. Klassik, eleqant ətirlər bu yaşdakı xanımların "yox" deyə bilməyəcəyi qoxulardandır. Gül, jasmin qoxulu ətirlər qalıcı olmaları ilə fərqlənirlər və bu yaş qadınlar üçün tövsiyə edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm