Mətanət İskəndərli şeir yazıb
Bizi izləyin

Tabloid.az

Mətanət İskəndərli şeir yazıb

Daim yaradıcılıq axtarışında olan əməkdar artist Mətanət İskəndərli Dünya Azərbaycanlılarının Həmrəylik Gününə bir çox surprizlər hazırlayıb.

Daim yaradıcılıq axtarışında olan əməkdar artist Mətanət İskəndərli Dünya Azərbaycanlılarının Həmrəylik Gününə bir çox surprizlər hazırlayıb.

Tabloid.az xəbər verir ki, yeni mahnılar yazdıran müğənni eyni zamanda, klassik musiqilərə də müraciət edib.

“Məni sevənlər üçün bir mahnı surprizim var. Hələlik bu barədə açıqlama vermək istəmirəm. İfa edəcəyim digər mahnının sözləri isə özümə məxsusdur. Bilirəm ki, bu məni sevənlərin böyük marağına səbəb olacaq. Hit olan mahnılarımdan birinə klip çəkdirmək fikrindəyəm. Hələlik isə seçim edirəm” - deyən əməkdar artist Yeni ili səhnədə qarşılayacaq:

“Çalışacağam ki, bu Yeni ildə saat 00:00-a kimi evimdə ailəmlə bərabər olum. Daha sonra isə şou-proqramlarda çıxışlarım olacaq, yanvar ayının 1-də isə bayramı Azərbaycanın bölgələrindən birində qeyd edəcəyəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm