Aygün Bəyləri Roza Zərgərlini təkrarlamağa nə vadar edir?
Bizi izləyin

Tabloid.az

Aygün Bəyləri Roza Zərgərlini təkrarlamağa nə vadar edir?

İndi isə müğənni Roza Zərgərlinin layihə rəhbəri olduğu “Bakı vaxtı ilə” proqramının eynisi elə verilişin yayımlandığı kanalda yayımlanmağa başlayıb.

Telekanallar hər zaman bir biri ilə rəqabət aparır. Kim hansı ideyanı daha birinci həyata keçirdi və ya kim daha keyfiyyətli veriliş hazırladı...

Reytinq və tamaşaçı üstündə gedən “soyuq müharibə” televiziyanın yarandığı gündən başlayıb. Bu səbəbdən əgər bir veriliş tamaşaçı kütləsi toplaya bildisə və yeni bir ideya oldusa, əmin olun ki, 3-4 aydan sonra həmin verilişin eynisini açılacaq.

Buna hələ bir neçə il əvvəl reytinqləri darmadağın edən “Toy olsun” və “Onun yarısı” kimi verilişlərini misal göstərmək olar. Bu, sadəcə bir misaldır. Belə misallar yüzlərlədir.

Tabloid.az xəbər verir ki, indi müğənni Roza Zərgərlinin layihə rəhbəri olduğu “Bakı vaxtı ilə” proqramının eynisi elə verilişin yayımlandığı kanalda yayımlanmağa başlanılıb.

Yeni veriliş müğənni Aygün Bəylərin təqdimatında ATV telekanalında “Yenə o bağ olardı...” adı ilə yayımlanır.

Hər iki veriliş klassik Azərbaycan musiqisini, ölməz sənətkarları, dahi şəxsiyyətləri xatırlamaq, gənc nəslə tanıtmaqla məşğuldur.

Diqqətçəkən məqam təkcə ideya oğurluğunda deyil. Maraqlı məqam odur ki, Roza Zərgərlinin “Bakı vaxtı ilə” verilişinin 3 ay bundan öncə ilk dəfə efirə gedən buraxılışı ölməz sənətkar Şövkət Ələkbərovaya həsr edilib. Sabah efirə gedəcək “Yenə o bağ olardı” verilişi də Şövkət Ələkbərovanın xatirəsinə həsr olunub.

Verilişlərin yayım gününü nəzərə almasaq efirə getmək vaxtı da demək olar eynidir. Yeni veriliş tam olaraq ideya oğurluğu ilə doludur. “Bakı vaxtı ilə”də olduğu kimi yeni yaranan veriliş də canlı musiqinin müşayiəti ilə efirə gedir. Fərq ondan ibarətdir ki, Roza Zərgərlinin verilişində Xanlar Cəfərovun rəhbərliyi altında 17 nəfərlik “Bakı” musiqi ansamblı, Aygün Bəyləri isə 3 nəfərdən ibarət musiqiçi müşayiət edir.

Əslində biz mənasız maqazin verilişlərinə deyil, məhz mədəniyyətimizin inkişafına yönələn verilişlərin tərəfdarıyıq. Çünki bundan həm yaşlı, həm orta, həm də gənc nəsil qazanır. Bu qazanc isə əvəzsizdir. Sadəcə bir tamaşaçı kimi eyni verilişin klon versiyalarını, oğurluq layihələr əvəzinə daha fərqli, kreativ, yeni verilişlər görmək istərdik. Çevir tatı, vur tatı artıq 20 ildir beynimizi də hara çeviribsə bilmirik...

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm