Bakıda möhtəşəm dəb nümayişi keçirildi - Fotolar
Bizi izləyin

Tabloid.az

Bakıda möhtəşəm dəb nümayişi keçirildi - Fotolar

Bakıda möhtəşəm dəb nümayişi keçirildi - Fotolar

Dünən Bakıda Türkiyənin məşhur “Hadije” markasının hazırladığı dəb nümayişi keçirilib.

Tabloid.az-ın məlumatına görə Nərgiz Cəlilovanın aparıcılıq etdiyi gecədə Türkiyənin tanınmış modelyerləri Raisa & Vanessa, Zeynəb Tosun, Özləm Suer, Özgür Masur, Dilək Hanif, Zeynəb Ərdoğan, Qəmzə Saraçoğlu, Sərli Keçeoğlu iştirak ediblər. Gecəyə tanınmış simalar, millət vəkilləri, müğənnilər də dəvət olunub. Gecənin qonaqları arasında azərbaycanlı modelyerlərdən Gülnarə Xəlilova ilə Fəxriyyə Xələfova da olublar, həmçinin Qənirə Paşayeva, Zülfiyyə Xanbabayeva, Elnur Hüseynov, Samir Cavadzadə, Sevda Ələkbərzadə, Miri Yusif və başqa məşhurlar qatılıblar.

İnsanlarla tanışlıqda ilk təəssürat önəmli olduğu kimi dəb nümayişində də ilk geyimdən artıq gecənin hansı ab-havada keçəcəyini müəyyən etmək elə də çətin deyil. Dünənki dəfilədə də ilk model podiuma çıxan kimi üzərindəki libas dizaynerlərin yüksək zövq və peşəkarlığından xəbər verirdi. Modapərəstlərə dəfilədə 75-ə qədər və ancaq ziyafət libasları sərgilənib. Nümayişdə ilk olaraq ağ rəngli ziyafət libasları təqdim olunub. Dizaynerin ziyafət libaslarında istifadə etdiyi zər detallar və daş-qaşlar xüsusilə gözəl görünürdü.

Dizaynerlər öz kolleksiyalarında ağ, qızılı, qara və qırmızı rəngləri əsas götürmüşdü. Bu rənglər özlüyündə kifayət qədər təsirli olsa da, üzərinə əlavə olunan daş-qaşlar, xüsusi işləmələr və krujevalar libasların çəkiciliyini daha da artırıb. Kolleksiyanın əsas ideyasını klassik siluetlər təşkil etməsinə baxmayaraq, müasir xanımların tələbləri də nəzərə alınıb. Belə ki, kolleksiyada seksual dəlikləri və dərin dekolte həddindən artıq istifadə olunub. Ümumilikdə isə parlaq rəng və nəfis dizayların bol olduğu kollelksiyada türk kaloriti öz sözünü deyirdi.

Nümayişdə gəlinlik paltarları da nəzərdən qaçmadı. Gəlinliklər də çox zövqlə hazırlanıb. Hər bir geyim qadın zərifliyinin nümayişini özündə əks etdirir. Gəlinliklərdəki rəng seçimi və istifadə olunan parçalar kübarlıq göstəricisidir.

Qeyd edim ki, geyimləri Türkiyədən gələn modellərlə yanaşı azərbaycanlı model Günay Musayeva da nümayiş etdirib.

Gecənin sonunda “Hadije” markasının təsisçisi Haticə Aydəniz qonaqlara təşəkkür edərək layihənin ilkin olaraq Bakıda başladığını söyləyib. Alqışlarla qarşılanan nümayişdən sonra modelyerlər də podiuma dəvət olunub.

Fotolar: Elxan Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm