Baş ağrılarından qurtulmanın 4 üsulu
Bizi izləyin

Tabloid.az

Baş ağrılarından qurtulmanın 4 üsulu

Baş ağrılarından qurtulmanın 4 üsulu

Gündəlik tutun

Baş ağrınız nə zaman başlayıb. Gün ərzində istifadə etdiyiniz tərəvəzlərin adlarını gündəliyə qeyd edin. Eyni zamanda buraya keçən gecə necə yatmağınız (rahat və ya narahat), gün ərzində keçirdiyiniz stress (əgər keçirmisinizsə) və hava haqqında qeydləri əlavə edin. Qeyd olunanları analiz edərək baş ağrınıza səbəb olan faktoru müəyyən edə bilərsiniz.

Pəhrizinizi dəyişin

Gündəlikdə qeyd olunan informasiyaların nəticəsindən asılı olaraq, bir neçə ərzağı ixtisar edərək rasionunuzu dəyişin. Təcrübələrin göstərdiyi kimi, köhnə pendir, qırmızı şərab, kolbasa, kofein, alkoqol və müəyyən konservlər bəzi insanlarda baş ağrılarına səbəb ola bilər.

Havaya diqqət edin.

Hava şəraitinin və atmosfer təzyiqinin dəyişməsi, kəskin istilər və yüksək rütubət miqrenin başlamasına gətirib çıxara bilər. Əlbəttə ki, havanın kontrolu bizdən asılı deyil, lakin vaxtında ağrı kəsici dərmanları qəbul etmək olar.
Baş ağrılarına səbəb olan faktorlardan qaçmaq kifayət etməyə bilər. Heç nə kömək etməyən zaman bəzi insanlar xilasedici kimi, arterial təzyiqi tənzimləyən antidepresan və qıc olma əleyhinə olan dərmanlardan istifadə edirlər.
Hazırda baş ağrılarının ən müasir müalicəsi botoks iynəsidir. Bu üsul bəzi xəstələrə miqrenlə mübarizə etməkdə belə köməklik edir.

Həkiminizdən yeni müalicə üsulları haqqında məlumatlar əldə edin.

Baş ağrılarının müalicə olunmasına dair mütəmadi olaraq yeni müalicə üsulları yaranır. Məsələn bu il baş ağrılarının qarşısını almaq üçün xüsusi plastırların satışının başlanması planlaşdırılır. Bu cihaz elektronikanın köməyi ilə bədənə xüsusi dərmanlar ötürür. Cihaz ürəkbulanması ilə miqrendən əziyyət çəkən insanların müalicəsi üçün nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm