Sevda şou-biznesdəki dostluqdan danışdı
Bizi izləyin

Tabloid.az

Sevda şou-biznesdəki dostluqdan danışdı

O, şou aləmindən dostunun olmamasını vurğulayıb. Sevda sətiraltı bəzilərinə söz atmağı da unutmayıb.

Gənc müğənni Sevda Yəhyayeva “Onlar” verilişinə açıqlamasında dostlarından danışıb. Tabloid.az xəbər verir ki, hər zaman şou əhli ilə birgə olan müğənni açıqlama verib. O, şou aləmindən dostunun olmamasını vurğulayıb. Sevda sətiraltı bəzilərinə söz atmağı da unutmayıb.

“Hər bir insanın həyatında uğurları olduğu kimi, uğursuzluqları da olur. Dost seçimində insanlar tez-tez yanılır. Çox şükür ki, elə də çox yanılmamışam. Əsl sadiq dostlarım illərdir ki, mənimlədir. Yaxşı dostların yanında pislər də olur. Onlara heç get demək lazım deyil. Onlar özləri gedirlər. Əsl dostlarım şou-biznesdən deyil. Onlar uzun illərdir mənimlədir. Adını desəm də, tanımayacaqsınız”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm