Yeni ilin ilk gününə hava proqnozu açıqlandı
Bizi izləyin

Tabloid.az

Yeni ilin ilk gününə hava proqnozu açıqlandı

Yeni ilin ilk gününə hava proqnozu açıqlandı

Yanvarın 1-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər və axşam saatlarında az yağıntılı olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Temperaturun gecə 2°-dək isti, gündüz 4-6° isti, Bakıda gecə 2°-dək isti, gündüz 4-6° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycan rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm