Müğənninin azərbaycanlı əri 58 milyonluq təyyarə aldı - Foto
Bizi izləyin

Tabloid.az

Müğənninin azərbaycanlı əri 58 milyonluq təyyarə aldı - Foto

Türkiyəli müğənni Ebru Gündəşin həyat yoldaşı Rza Zərrab 58 milyon dollarlıq "Gulfstream G550" model təyyarə alıb

Türkiyəli müğənni Ebru Gündəşin həyat yoldaşı Rza Zərrab 58 milyon dollarlıq "Gulfstream G550" model təyyarə alıb. Sahibi olduğu ARE Aviasiya Şirkəti üçün aldığı təyyarənin şəkilləri Zərrabın sahibi olduğu "Royal Holdinq"in "Facebook" səhifəsində paylaşılıb.

Qeyd edək ki, iş adamı 2015-ci ildə təyyarələrin sayını 3-ə çatdırmağı hədəfləyir. O, 2014-cü il, 17 dekabr əməliyyatı zamanı sərvətinə həbs qərarı verildiyi üçün lüks təyyarənin kreditlərini ödəyə bilməmişdi. Ancaq azadlığa çıxdıqdan dərhal sonra təyyarənin bütün borclarını ödəyən Zərrab tez-tez həyat yoldaşı Ebru Gündəşə aldığı bahalı hədiyyələrlə də gündəmə gəlir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm