• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ən gözəl omba müsabiqəsinin qalibi nə hala düşdü - Fotolar

Ən gözəl omba müsabiqəsinin qalibi nə hala düşdü - Fotolar

Braziliyanın dünyaca məşhur omba gözəllik müsabiqəsi "Miss Bumbum"un finalçılarından olan 27 yaşlı Andressa Urachın budunu böyütmək üçün qoydurduğu “dolgunu” görənlər şoka düşüb.

Urachın estetik məqsədlə budlarına hidrogel yeritməyə qərar verib. Lakin onun bu həvəsi uzun davam etməyib. Belə ki, əməliyyatdan sonra ayaqlarına infeksiya düşüb.

Xəstəxanaya aparılan Urachın budundakı dolgu maddələri təmizlənib, amma məşhur modelin vəziyyəti hələ də kritikdir. Andressa Urach etdiyi hərəkətini belə dəyərləndirib:

"Bəzən gözəllik naminə düşünmədən qorxduğumuz addımları atırıq. Çünki biz gözəlllik qullarıyıq".

Ayaqlarına infeksiya düşən modelin yanına həkimlərdən və anasından başqa heç kim buraxılmır.

Qeyd edək ki, Braziliyalı model Andressa Urach Borussia Dortmund matçından 48 saat əvvəl Ronaldo ilə yatdığını iddia etmişdi. Ronaldo ilə birlikdə olmazdan əvvəl məşhur futbolçunun dünyanın ən möhtəşəm kişilərindən biri olduğunu düşündüyünü söyləyən Urach "Onunla birlikdə olduğuma inanmıram. Çox həyəcanlıyam. Sanki, həqiqi deyildi" şəklində açıqlamalar vermişdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR