• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Hər dəri tipi üçün özəl kivi maskaları – Fotolar

Hər dəri tipi üçün özəl kivi maskaları – Fotolar

Kivi qeyri-adi və çox faydalı meyvədir. Bütün meyvələrdə olduğu kimi kivinin də tərkibində turşular var. Digər meyvələrdən fərqi isə daha çox C vitamini ehtiva etməsidir. Meyvə turşuları ölü dəri təbəqəsini təmizləyir. Beləliklə, dərinin rəngi açılır, dəri yumşalır, yüngül ləkələr, qara nöqtələr yox olur. Ölü dəri təmizləndiyi üçün dəri hüceyrələrinin yenilənməsi prosesi sürətlənir, dərinin elastikliyi artır. Meyvə turşuları mikrobları öldürür, yəni təbii antibakteriyadır. Ona görə də sızanaqların yaranmasının qarşısını alır.

Kivinin içərisindəki kiçik dənəvərlər onu əsl təbii skraba çevirir. Odur ki, bu meyvədən gözəllik proseduralarında tez-tez istifadə edilir.

Tabloid.az hər dəri tipinə sahib olan insanların faydalana bilməsi üçün 4 fərqli kivi maskası reseptini təqdim edir:

Əvvəlcədən qeyd edək ki, aşağıdakı maskalardan hansını tətbiq edəcəyinizdən asılı olmayaraq, maskanı yuyandan sonra üzünüzü ilıq və ya soyuq suyla yuyub, yumşaq bir dəsmalla qurulayın. Dərhal nəmləndirici kreminizi çəkin.

Yağlı dəri üçün kivi maskası:

Dəriniz yağlıdırsa, kivi maskaları sizin üçün idealdır. Çünki məsamələri daraldır, yağlanma prosesini tənzimləyir. Mümkündürsə, yetkinləşməmiş kividən istifadə etməyə çalışın. Həftədə iki dəfə 15 dəqiqəlik maska çəkə bilərsiniz. Əgər sızanaqlarınız varsa, gilli maska sizin üçün uyğundur.

Kivi suyuna bir miqdar gil əlavə edib təmiz və kiçik bir taxta qaşıqla krem halına gətirin. Bu qarışığı maska şəklində üzünüzə çəkin. 10 dəqiqə gözlədikdən sonra yuyaraq təmizləyin.

Quru dəri üçün kivi maskası:

Quru dəri çox vaxt daha həssas olur. Ona görə qulluq və baxıma daha çox ehtiyacı var. Kivinin xüsusilə, qabıq hissəsindəki C vitamini bu tip dərilərin yenilənməsinə kömək edir. Həftədə iki dəfə bu maskanı çəkə bilərsiniz. Quru dəri üçün kivi ilə kompres daha uyğundur. Kivini əzin və üzünüzə çəkin. 10 dəqiqə sonra yuyaraq təmizləyin.

Normal dəri üçün kivi maskası:

Kivi maskası bu tip dərilərin rəngini açır və problemlərin qarşısını alır. Kivini dilimləyib üzünüzə düzün, 10 dəqiqə saxlayın. Daha sonra dilimləri götürüb üzünüzü yuyun. Həftədə 2 dəfə tətbiq edin.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR