Tabloid.az
Rəmişdən erməni açıqlaması - Video
Gitara ifaçısı Rəmiş kimi tanınan xalq artisti Rafiq Hüseynovun erməni dilində mahnı oxuması videosunun üzə çıxması gündəmin ən çox müzakirə olunan xəbərinə çevrildi. Məsələ ilə bağlı “Xəbərsizsiniz” verilişi xalq artistini canlı yayıma dəvət edib və məsələ ilə bağlı münasibət öyrənməyə çalışıb.
Rəmiş bu videonun illər əvvəl lentə alındığını etiraf edib. “5-10 il bundan əvvəl Moskvada ad günündə idim. Qonaqlar arasında rus, erməni, kürd və s. millətlər var idi. “Tut ağacı” mahnısı mənim ən sevimli mahnılarımdandır. 30 ildir mən o mahnını ifa edirəm. Qonaqlar da bizi telefonla çəkirdilər. Mən 2007-ci ildən sonra Moskvaya getməmişəm. Mənə maraqlıdır bunu yayan erməni niyə bu qədər vaxt saxlayıb, indi paylaşıb. Bu işi ancaq erməni edə bilər. Mənə xalq artisti adı verilib. Bunu erməni xislətli adam edə bilər. Prezidentin mənə bu adı verməyi, ox kimi çoxunun gözünə batıb”.
Əslində Rəmişin belə münasibət bəsləməsi bir jurnalist kimi mənə qəribə gəldi. Çünki bu videonu kimin paylaşmasının fərqi yoxdur. Erməni, rus, ingilis, kürd... Fərq etməz. Fakt odur ki, Rəmiş erməni dilində mahnı oxuyur. Axı nə vacıbdır? Ad gündə erməni qonaq olanda ermənicə oxumaq vacıbdirmi?
Bəs o ad günündə afrikalı qonaq olsaydı Rəmiş görəsən nə edəcəkdi?
Hörmətli sənətçilər, adından, titulundan asılı olmayaraq, özgə gözdə çöp axtarmayın, öz gözünüzdə olan tiri görün!
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu