• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Sevdiyiniz rəng xarakterinizin aynasıdır

Sevdiyiniz rəng xarakterinizin aynasıdır

Rənglərin insan psixologiyası üzərində bürclər qədər təsiri böyükdür. İnsanı tanımağın ən yaxşı yolu kimi hansı rəngi sevdiyini öyrənmək təklif edilir. Tabloid.az qadınların sevdiyi rənglərə görə xarakter analizini təqdim edir:

Mavi və ağ rəng

Bu rəngin tərəfdarları ciddi və xırdaçı olurlar, onlar hər şeydə - münasibətlərdən tutmuş mətbəx stoluna qədər, təmizliyi və qayda-qanunu sevirlər. Lakin bu sizi qorxutmasın. Çünki onlar həm də əyləncəli insan olurlar, romantik macəralar onları özünə cəlb edir. Bu rəngi sevənlərin daha bir maraqlı keyfiyyəti 6-cı hissinin yüksək olması, yüksək hissetmə qabiliyyətinə malik olmalarıdır. Onlar yalanı tez duyur və dərhal soyuq, lakin nəzakətli münasibətləri ilə tərəfdaşlarını özlərindən uzaqlaşdırırlar. Odur ki, belə qadınlara xəyanət etməyi ağlınıza belə gətirməyin, onsuz da ifşa olunacaqsınız...

Qara rəng

Kişilərin əksəriyyəti qara geyimli qadınlardan hədsiz dərəcədə qorxurlar, intuitiv olaraq onun aqressivliyini, liderliyə meylliyini və daxilən ziddiyyətli olmasını duyurlar. Həmişə maraqlı, zərif, ağıllı, güclü müşahidə qabiliyyəti və uzaqgörən olan belə qadınların xarakteri onlarla ünsiyyət qurmağa mane olur. Onlar arasında tənhalara daha çox rast gəlinir. Qara, qısa donun yaradıcısını xatrlayın, Koko Şanel də qara rəngi çox sevirdi. Həyatında bir çox kişi olsa da, ömrünün sonuna qədər tənha qalır. Münasibətləri uzunmüddətli ola bilmir. Buna baxmayaraq, əgər qara rəngi sevən qadınlar kimisə ürəkdən sevsə, onun üçün hər şeyindən vaz keçə, hətta həyatlnı da qurban verə bilər. Qara rəngi sevən xanımlar həm də kədərli və hüznlü olurlar.

Qırmızı rəng

Sizin sevgiliniz çox fəal qadındır. Enerjisi aşıb-daşır, həmişə diqqət mərkəzindədir. Çox maraqlı və əyləncəli tipdir. Lakin əgər siz sakit təbiətli, təmkinli adamsınızsa, onda bu qızdan tez bezə bilərsiniz. Buna görə də onun başını hansısa bir işlə qarışdırmağa çalışın. Bu zaman onun enerjisi işə sərf olunacaq, siz isə rahatlıqla divanda oturub, öz işinizlə məşğul olacaqsınız. Lakin bir şeyi yadda saxlayin ki, “qırmızı” qadın üçün monotonluq cəhənnəm əzabıdır, sakitlikdən tez bezirlər. Kişinin əlində kitab divanda uzanması onun üçün ölümə bərabərdir. Əgər belə qadının sizi atıb getməsini istəmirsinizsə, onun maraqlarını təmin etməyə çalışın.

Yaşıl rəng

Yaşıl rəngi sevən xanımlar tam kişilərin arzuladığı ideal qadın tipidir. Sakit, qənaətcil, təsərrüfatçı, gülərüz, qayğıkeşdir, çox nadir hallarda səsini qaldırır. Amma yaşıl sevənlər heç də qüsursuz deyillər. Onlar özünə inamsız, özündən narazı adamlardır. Buna görə də kənarda macəra axtarmağa meylli olurlar. Onun özünü ən sevilən və arzulanan qadın kimi hiss etməsi çox vacibdir. Əks halda diqqətsizliyə, laqeydliyə dözə bilmir.

Yasəmən rəngi

Bu rəngi sevən xanımlar çox şıltaq olurlar. Onlar həqiqətən qeyri-adi gözəlliyə malik olsalar da, ailəyə diqqət yetirmirlər. Onlar üçün karyera mətbəxdə xörək bişirməkdən daha vacibdir. O, adi münasibətlər üçün yaranmayıb. Hər kişi belə qadına davam gətirməz. Yox, əgər siz artıq belə xanıma dəlicəsinə vurulmusunuzsa, ən pisi isə o sizin hisslərinizə cavab vermirsə, onun həyatını cənnətə çevirməyə çalışın. Yalnız istirahət və yalnız daimi əyləncələr onu sizin yanınızda saxlaya bilər. Düzdü bu əyləncələr sizə baha başa gələr, odur ki, dəridən-qabıqdan çıxana qədər işləməlisiniz.

Narıncı rəng

Narıncı xanımlar dəyişkən xarakterlidirlər. Onlar da qırmızı rəngi sevən xanımlar kimi enerjili, ünsiyyətcil və işgüzardılar, lakin ciddi deyillər. Bu xanımla asanlıqla yola getmək olar, onlar şən və maraqlıdırlar, yeniliklərlə açıq olurlar. Tez-tez əyləncələrini və tərəf müqabillərini dəyişməyi sevirlər. Belə qadınla ömür-gün yoldaşı olmaq istəyirsinizsə, onun həyatını maraqlı etməyə çalışın.

Sarı rəng

Bu rəngə üstünlük verən qadınlar çox təzadlıdırlar. Onu bir dost, ya ər kimi təmin edirsinizsə, xoşxasiyyət və qayğıkeş rəftar edirlər. Digər tərəfdən isə şıltaq, yelbeyindirlər. Kişilərlə dostluq etməyi xoşlayırlar. Bununla belə sevdikləri adama heç vaxt xəyanət etmirlər, bunu ləyaqətsizlik hesab edirlər. Bu da onlara yaxşı həyat yoldaşı olmağa imkan verir. Lakin onun irəli sürdüyü tələblərə əməl olunmadıqda daxilində yatan şeytan dərhal üzə çıxır. Bir sözlə əgər siz sarı rəngi sevən xanımların sizinlə yaxşı rəftar etməsini istəyirsinizsə, liderlik fikrindən bir qədər uzaqlaşmaq məcburiyyətində qalacaqsınız.

Göy rəng

Bu rəngin pərəstişkarları təmkinli, xeyirxah olurlar, insanları yaxşı başa düşürlər. Buna baxmayaraq, kənardan davakar, özünə inamlı və soyuq görünürlər. Əslində bu, həssas, tez inciyən və romantik ruhlu insanın maskasından başqa bir şey deyil. Bu rəngi sevən xanımlar xəyanəti, kobudluğu sevgilisinə bağışlamırlar. Odur ki, heç bir səbəb olmadan onu təhqir etməyə cəhd göstərməyin.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR