Şüşə bankalardan hazırlanan dekorativ əşyalar - Fotolar
Bizi izləyin

Tabloid.az

Şüşə bankalardan hazırlanan dekorativ əşyalar - Fotolar

Şüşə bankalardan hazırlanan aksessuarlar

Bankalar mətbəxdə hər zaman dadımıza çatır. Hətta o qədər əhəmiyyətli əşyadır ki, təsadüfən əlimizdən düşüb sınanda anamızın bitmək bilməyən danlağını eşitməli oluruq. Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, plastik qabların istifadəsi daha əlverişli olsa da, şüşə bankaların yerini verə bilməz.

Bankalarda başqasına mürəbbə və turşu verəndə də onu geri istəyir, qarışıq düşməməsi üçün üstünü işarələyirik. Şüşə bankaların əsas funksiyası nəyisə saxlamaq olsa da, yaradıcı insanlar ondan başqa məqsədlər üçün istifadə etməyin mümkün olduğunu göstərirlər.

Düzgün üsullar və bəzəmə texnikası ilə şüşə bankalardan maraqlı aksessuarlar hazırlamaq olar. Həm də onları hazırlamaq böyük qüvvə və vaxt tələb etmir. Krujevalı bankalar, balqabaq təsvirli bankalar, banka lampalar və digərlərini hazırlamaq sizi əyləndirəcək. Məncə, boş vaxtınızı səmərəli keçirmək üçün maraqlı ideyadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm