Tabloid.az
Aygün: “Elnurla duelə çıxmaq istəmirəm, çünki...”
Türkiyədə keçirilən “O səs Türkiyə” yarışmasının məşhurluğu Azərbaycanda da kifayət qədər səs salıb. İstedad yarışmasına maraq o qədər böyükdür ki, Azərbaycandan da özünə güvənən müğənnilər yarışmada iştirak etmək üçün ora yollanırlar. Onların arasında tanınmayanlarla yanaşı, kifayət qədər məşhur müğənnilərimiz də var.
Məsələn, Azərbaycanda tanınmış iki sima, Aygün İsmayılova və “O səs Türkiyə”nin fenomeni adlandırılan “Eurovision” təmsilçimiz Elnur Hüseynov.
Ötən gün məlum oldu ki, Aygün İsmayılova münsiflər arasında keçirilən dueldən qalib gələrək, final mərhələsinə vəsiqə qazandı. Yəni, bu o deməkdir ki, Aygün finalda yarışmanın formatına uyğun olaraq SMS vasitəsilə yarışmalı olacaq. Bu Elnur da ola bilər. Çünki onların hər ikisi ayrı-ayrı komandalarda yarışırlar. Aygün İsmayılova Mazhar Alonson və Özkan Uğurun komandasında, Elnur isə Ebru Gundeşin komandasında yarışır.
Məhz bu səbəbdən müğənni ilə əlaqə saxlayıb, "Gələcəkdə Elnurla duelə çıxmaqdan qorxmursunuz?" sualını ona ünvanladıq.
Tabloid.az-a eksklüziv açıqlama verən Aygün İsmayılova “O səs Türkiyə”də Elnurdan da güclü iştirakçıların olduğunu bildirdi:
"Kim Elnuru fenomen adlandırır? Yarışmada elə fenomenlər var ki, nəinki Elnuru, bu dəqiqə gündəmdə olan istənilən müğənniləri əzib keçərlər. Elnur tamaşaçıya fenomen görünə bilər. Amma yarışmada olan güclü səsə malik iştirakçıların hər biri ayrılıqda fenomendir. Mən yalnız Allahdan qorxuram. Elnur ilə duelə çıxsam üzülərəm. Çünki bundan sonrakı mərhələ SMS səsverməsi ilədir. Onu həm SMS, dəm də performansda keçərəm. Bu səbəbdən Elnurla duelə çıxmaq istəmirəm. İstəyirəm Elnur dördlüyə qalsın”.
Müğənni müsahibəsində əlavə olaraq Elnurun qalib gələcəyi halda sevinəcəyini də gizlətməyib.
“Əgər o qalib gəlsə, sevinrəm. Çünki o, Azərbaycanın adıdır”.
Qeyd edək ki, Aygün İsmayılova “Yeni ulduz” yarışmasından məşhurlaşıb və hazırda Türkiyə vətəndaşı ilə ailəlidir. Türkiyədə ailəsi ilə yaşayır. Müğənninin bir qız övladı var.
Tabloid.az kollektivi hər iki müğənnimizə uğurlar arzulayır və onların müsabiqədə qalib olmasını səbirsizliklə gözləyir.
Tabloid.az
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO