Nadir Qafarzadə 8 illik prodüserindən ayrıldı
Bizi izləyin

Tabloid.az

Nadir Qafarzadə 8 illik prodüserindən ayrıldı

Hər bir işdə xeyir var. Ruslana da gələcək işlərində uğurlar arzulayıram.

Müğənni Nadir Qafarzadə 8 il birgə çalışdığı prodüseri Ruslan Əliyevlə əməkdaşlığına son qoyub. Tabloid.az-a açıqlama verən müğənni bildirib ki, bir çox müğənnilərdən fərqli olaraq o, prodüseri ilə qalmaqallı şəkildə ayrılmayıb:

“Komandamda çalışan prodüserimlə işbirliyinə son vermək qərarına gəldim. Bunu onun özünə dedim və bir-birimizi anlayıb, işbirliyimizə son qoyduq. İndi bir çox sənətçilər prodüserindən qalmaqalla ayrılırlar. Biz də isə belə olmadı. Çünki o, mənim daim işlərimə kömək edib və duz-çörək kəsmişik. Hər bir işdə xeyir var. Ruslana da gələcək işlərində uğurlar arzulayıram. Düşünürəm ki, onun da karyerası qabaqdadır”.

N.Qafarzadə onu da əlavə edib ki, hələ ki, özünə yeni prodüser tapmayıb: “Hazırda bir neçə prodüser mənimlə çalışmaq istədiyini bildirib. Amma mən hansısa müğənnin yanında işləmiş bir prodüserlə işləmərəm. Hazırda seçim qarşısındayam. Daha çevik, işini bilən bir gənc olsa, onunla çalışacağam”.

Qeyd edək ki, prodüser R.Əliyev şou-biznesdə yalnız N.Qafarzadə ilə çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm