• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Diş əyriliyinin əsas səbəbi

Diş əyriliyinin əsas səbəbi

Mütəxəssislərin fikrincə, uşaqlıq dövründən dırnaq yeyən şəxslərin dişlərində formal pozğunluq yarana bilər. Xüsusən körpəlik və uşaqlıq dövründə dırnaq yeyən, barmaq soran, uzun müddət əmzikdən istifadə edən və genetik səbəblərdən düzgün nəfəs almayan şəxslərdə diş əyriliyi ola bilər.

Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dırnaq yemək alt çənənin önə doğru sürüşməsinə şərait yaradır. Türkiyəli mütəxəssis Əhməd Pınar dişlərdəki formal və funksional problemlərlə əlaqədar məlumat verərkən, əyri dişlərin, başda estetik görünüş olmaqla bir çox problemlər yaratdığını bildirir. Ortodontik problemlərin böyük əksəriyyətinin genetik səbəblərdən ortaya çıxdığını bildirən Əhməd Pınar başqa səbəblər haqqında da məlumat verib. O, bildirib ki, sadalananlardan əlavə uşağın yatma mövqeyi, 20 yaşa kimi və ya erkən yaşlarda süd dişlərinin çəkilməsi də formal diş pozulmasına yol aça bilər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR