Cennifer Lopez: “Hər qız kimi mən də aldadıldım” - Fotolar
Bizi izləyin

Tabloid.az

Cennifer Lopez: “Hər qız kimi mən də aldadıldım” - Fotolar

Transseksual modellə ona xəyanət edən rəqqas sevgilisi Kasper Smartı niyə bağışladı?

Dünya şöhrətli aktrisa və müğənni Cennifer Lopez “The Boy Next Door” filminin premyerasına hazırlaşır. Oğlunun ən yaxın dostuna aşiq olan bir ananı canlandıran Lopez açıqlamaları ilə hər kəsi təəccübləndirib: "Həyatımda özümdən kiçik biriylə bir dəfə sevgili olmuşam. Ona görə də “The Boy Next Door”da o obrazı daha yaxşı canlandıra bildim. Yaş fərqinin insanı necə cəlb etdiyini yaxşı bilirəm”.

45 yaşlı aktrisa ötən ilin yayında onu gündəmə gətirən xəyanət xəbərləri ilə bağlı ilk dəfə danışıb. Rəqqas sevgilisi Kasper Smartın onu transeksual bir modellə aldatdığını öyrənəndə çox əsəbiləşən, ancaq iki həftə sonra onu bağışlayan Cey Lo “Self” adlı jurnala verdiyi müsahibəsində aldadılmasına da münasibət bildirib: “Hər cür hissi yaşamışam. Başımdan boşanma hadisəsi də keçib. Dünyadaki hər qız kimi mən də aldadılmışam. Bunları yaşadığım üçün hər kəsi daha yaxşı başa düşürəm".

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm