Natavan əsdi-coşdu, hamını bloka atdı
Bizi izləyin

Tabloid.az

Natavan əsdi-coşdu, hamını bloka atdı

Natavan əsdi-coşdu, hamını bloka atdı

Natavan da dözümsüz çıxdı. Tabloid.az xəbər verir ki, müğənni Natavan Həbibini “İnstagram” bloqundakı izləyiciləri əsəbiləşdirib. Belə ki, həyata keçirdiyi plastik əməliyyatları ilə izləyicilərinin müzakirə mövzusuna çevrilməsi onu özündən çıxarıb.

“Sən ya Natavan deyilsən, ya da əməliyyat eləmisən”, - kimi şəkilaltı şərhlərdən narazı qalan müğənni üzündə aparılan əməliyyatları israrla inkar edib. Əksini iddia edən izləyicilərinin çoxunu “blok edən” müğənni ancaq xoşuna gələn şərhləri saxlayaraq qalanını silib. Bununla ürəyi soyumayıb və şəkilaltı da yazıb:

“Profil mənimdir və heç bir əməliyyat olmayıb. Gözümdə linza olur və diqqətli qızlarımıza deyim ki, qaşlarımın formasında dəyişiklik var. Burnum öz burnumdur. Dodagımda da silikon yoxdu, arada dodaq konturunu fərqli çəkirəm. Mən paxıl deyiləm. Ona görə də bunları rahat deyirəm. Hansısa sirrim yoxdu. Gizlin nəsə edib, yalan danışmaram. Şəkillərdə “İnstagram”ın verdiyi imkanlardan – effektlərdən istifadə edirəm. Daha bunun da icazəsini də almayacağam ki. Ürəyim belə istəyir”.

Bir sözlə, özünü deyil, şəkillərini “əməliyyat etdiyini” iddia edən müğənni izləyicilərinə məsləhət verməyi də unutmur: “Aqressiv olmayın, mehriban olun”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm