• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Səs tellərini zəiflədən amillər

Səs tellərini zəiflədən amillər

Qışqırmaq, uzun müddət danışmaq və mahnı oxumaq səs telərinə mənfi təsir edir. Üstəlik, siqaret çəkirsinizsə, səsinizin batması labüddür. Həmçinin, qış aylarında geniş yayılan qrip və boğaz ağrısı səs batmasına birbaşa təsir göstərən amillər sırasındadır. Ancaq səs tellərini zəiflədən faktorlar bununla da bitmir. Yaşadığınız mühitin quru havası onları qurudub gücdən salır. Kondisioner işləyən otaqda, avtobusda, təyyarədə uzun müddət qalmısınızsa, nəticədə səsinizin batmasına başqa izah axtarmağa ehtiyac yoxdur.

Səs tellərini zəiflədən səbəb çox olsa da, bundan çıxış yolu da az deyil. Tabloid.az-ın təqdim etdiyi aşağıdakı üsullardan istifadə edərək səs tellərinizi və boğazınızı sakitləşdirə bilərsiniz.

Bunun üçün də səs batmasının səbəbini müəyyənləşdirmək lazımdır. Odur ki, həkim nəzarətindən keçmək mütləqdir. Bundan sonra təbii qidalarla səs tellərinizin müalicəsinə başlaya bilərsiniz:

Bal: Qripdən və ya çox öskürdüyünüz üçün səsiniz batıbsa, ən təsirli üsul olan bal və limon qarışığından istifadə edə bilərsiniz. Bunun üçün 2 yemək qaşığı balı yarım limon suyla yaxşıca qarışdırın və 2-3 saatdan bir 1 çay qaşığı bu qarışıqdan yeyin. Amma dərhal udmayın, balın ağzınızda yaxşıca dağılmasını gözləyin. Bal boğazı yumşaldır, limon isə antiseptik təsiri ilə bakteriyaları təmizləyir.

Zəncəfil çayı: Əslində bir çox bitki çayı səs batmasına yaxşı təsir edir, ancaq zəncəfil çayı tez təsir göstərməsi səbəbindən bu çaylar arasında bir addım önə çıxır. 1 böyük fincan zəncəfil çayı hazırlamaq üçün 4-5 incə dilim təzə zəncəfil yetərli olacaq. Suyu qaynadın, içinə qabığını soyandan sonra dilimlənmiş zəncəfil əlavə edin və 10-15 dəqiqə qaynadın. Daha sonra ocaqdan götürüb zəncəfili süzün. 10 dəqiqə soyumasını gözləyin. Çaya limon və bal əlavə etmək olar. Evdə zəncəfil yoxdursa, çobanyastığı, evkaliptı və ya kəklikotundan istifadə etmək olar.

Duzlu su ilə qarqara: Duzlu su ilə qarqara boğaz qıcıqlanmasını azaldır və səsinizi açır. 1 böyük stəkan ilıq suya 1 çay qaşığı duz əlavə etdikdən sonra yaxşıca qarışdırın və bu su ilə qarqara edin. Gün ərzində fasilələrlə 2-3 dəfə təkrar edin. Həddindən artıq duz istifadə etməyin. Çünki bu dəfə də duz boğazınızı qıcıqlandıra bilər.

Su: Xəstə deyilsinizsə, səsiniz başqa səbəblərdən batıbsa, tez sağalmaq üçün gün boyu bol-bol su için. Su boğazın nəmli qalmasını təmin edir. Ancaq suyun çox soyuq və ya çox isti olmamasına diqqət edin.

Yağlar: Anti bakteriya xüsusiyyəti olan yağlar bakteriya üzündən yaranan səs batması və boğaz ağrısı müalicəsində istifadə edilə bilər. Bunun üçün ən təsirli yağlar spirtli qarışıq və çobanyastığı yağıdır. Yarım qazan suyu qaynatdıqdan sonra içinə bir neçə damcı çobanyastığı, bir neçə damcı spirt əsaslı qoxu yağı əlavə etdikdən sonra buxarla nəfəs alın. Buxarın daha təsirli olması üçün başınızın üstünə xovlu qoyun.

Sarıkök: Sarıkök bakteriya və virus infeksiyalarının səs tellərinə mənfi təsiri zamanı çox xeyirlidir. 1 çay qaşığı toz sarıkökü 1 stəkan isti südlə qarışdıraraq səsiniz normaya düşənə qədər gündə 2 dəfə için.

Buxar: Səsiniz batıbsa, evin havasını dəyişmək lazımdır. Xüsusilə, istilik sistemlərinin, qızdırıcıların çalışdığı qış aylarında evin havası əməlli-başlı quruyur və bu quruluq boğazının qıcıqlanmasına yol açır. Məişət əşyaları və elektron məhsulları satılan mağazalarda ev istifadəsi üçün hasil edilən buxar cihazları almaq olar. Buna büdcənizdən xüsusi pul ayırmaq istəmirsinizsə, şorba kasalarına yarım stəkan su doldurub evin müxtəlif nöqtələrinə və ya qızdırıcılara yaxın yerlərə yerləşdirə bilərsiniz. Eyni tədbiri yataq otağınızda da görün .

Soğan: Əgər soğanla bağlı bir probleminiz yoxdursa, əvvəlcə bu tərifə əməl etməyinizi təklif edirəm. 3 ədəd soğanı qalın dilimlər halında kəsib yarım qazan suda 45 dəqiqə qaynadın. Soğanları süzdükdən sonra həmin suyun içinə 1 xörək qaşığı bal və yarım limonun suyunu əlavə edərək yaxşıca qarışdırın. Daha sonra bu qarışığı 1-2 saata qurtum-qurtum için.

Sirkəli su: Sirkəli su soyuqdəymə nəticəsində səs tellərinin zəifləməsinə qarşı ən təsirli üsuldur. 1 stəkan ilıq suya 2-3 çay qaşığı sirkə əlavə edib yaxşıca qarışdırandan sonra bu suyu içə və ya içmək istəmirsinizsə, qarqara edə bilərsiniz.

Sarımsaq: Sarımsaq bakteriyaların səbəb olduğu səsbatmasının ən yaxşı təbii həllidir. Amma sarımsaq qoxusuna bir az dözmək lazımdır. Antibiotik təsiri olan sarımsaq bakteriyaları təmizləyir və səs batmasının qısa müddətdə keçməsinə köməkçi olur. Bunun üçün 1-2 diş sarımsaq yemək kifayət edir. Sarımsaq yemək istəmirsinizsə, yaxşıca çeynədikdən sonra çöküntüsünü ata bilərsiniz.

Səs batmasının qarşısını alan digər tədbirlər

Siqaret çəkirsinizsə, səsiniz yaxşılaşana qədər imtina etsəniz, yaxşıdır.

Çay, qəhvə, kola da kofein kimi bədəni susuz qoyur. Ona görə də, bu tip içkiləri içməyin. Həmçinin spirtli içkilər səs batmasının yaxşılaşma müddətini uzadır.

Soyuq və ya çirkli hava, toz, siqaret dumanı olan mühitlərdə uzun müddət qalmayın.

Səsinizi mümkün qədər sakitləşdirməyə çalışın.

Udması asan yumşaq qidalar istehlak edin.

Ağızdan nəfəs almaq ağzı və boğazı qurudacağı üçün burundan nəfəs almağa çalışın.

Ağzınız qurduğu anda bir stəkan su için.

Pıçıldayaraq danışmağa çalışmayın. Fısıldamaq səs tellərini normal danışmaqdan daha çox çətinə salır. Ondan daha fərqli olan batıq səslə danışın.

Boğazınızı təmizləmək üçün özünüzü çətinə salmayın.

Portağal, qreypfrut, çiyələk kimi turşulu meyvələri səsiniz yaxşılaşana qədər yeməyin.

Nə vaxt həkimə getməli?

Səs batması ağrı verərsə, 10 gün müddətində davam edərsə, nəfəs alma çətinliyi yaşayırsınızsa, səs pərdəsində dəyişiklik varsa, öskürəklə birlikdə qan gəlirsə, mütləq həkimə getməlisiniz.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR