Yazda hamı Tünzalədən danışacaq
Bizi izləyin

Tabloid.az

Yazda hamı Tünzalədən danışacaq

Müğənni Tünzalə Ağayeva yeni və çox maraqlı layihələrə hazırlaşır.

Müğənni Tünzalə Ağayeva yeni və çox maraqlı layihələrə hazırlaşır. Tabloid.az-a bu barədə əməkdar artist özü məlumat verib. Müğənninin sözlərinə görə, sevənləri yaza kimi onu müxtəlif layihələrdə görəcək. Belə ki, o, pop musiqisi və bir ritmik mahnı üzərində işləyir. Tünzalə Ağayeva bir beynəlxalq duet də ifa edəcək. Kiminlə? Tünzalə Ağayeva onu hələlik gizli saxlayıb:

“Yazda dillər əzbəri olacaq bir mahnım gələcək, adı da çox maraqlıdır. Bundan başqa, çox maraqlı və fərqli bir duetim də olacaq. Belə ki, bildiyinizə görə mən Bakı 2015 Avropa Oyunlarının ulduz səfiriyəm. Bu çərçivədə mənim bir təşəbbüsüm var. Bu da yarı italyan, yarı fransız olan populyar bir müğənni ilə beynəlxalq duetimdir. Xanımın adını açıqlamaq istəmirəm. Amma deyim ki, onunla bir duetimiz olacaq və eyni zamanda mən növbəti pop musiqimi təqdim edəcəyəm. Bu da mart ayına təsadüf edəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm