• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Açıq qadın sinəsini bəzəyən dəbdəbə - Fotolar

Açıq qadın sinəsini bəzəyən dəbdəbə - Fotolar

Mənim nəzərimdə ötən əsrin qadınlarının dəbdəbəli üslubunu həcmli boyunbağılar tamamlamırdısa, onun kübarlığına şübhə yanaşmaq olardı. Belə ki, ötən əsrin kübar xanımlarının fotolarına baxanda çox gözəl və dəbdəbəli boyunbağılar diqqət çəkir. Bu boyunbağılar o zamanlar xanımların kübarlığından və əsilli-nəcabətli olmağından xəbər verirdi. Xalta boyunbağılar dəbdən itib bir neçə dəfə qayıdan əşyalar sırasına daxildir. Onu 2013 və 2014-ün heyrətamiz kəşfi də adlandırmaq olar. Bu aksessuarın tarixi orta əsrlərdən etibarən başlayır, nə vaxtsa xalta boyunbağılar əsirlərin, bir qədər sonra isə cəngavərlərin və kralların sevimli sevimli bəzək əşyasına çevrilir.

Qadın bəzəyi olan bu zərgərlik əşyası xüsusi ilə İngiltərə kraliçası Viktroianın dövründə dəbə minməyə başlayır. Dövrlərdən asılı olaraq kolyelər qadınların açıq sinələrini deyil, bilavasitə boyunlarını bəzəyirdi. Fikrimcə bunu, o zaman hökm edən viktorian əxlaqı ilə də bağlamaq olardı. Amma onların dəbə minməsi kiçik bir təsadüf nəticəsində baş verir.

İncə dən-dən mirvari və brilyantdan hazırlanmış boyunbağı.

Şahzadə Victoria, kraliça Aleksandra və çariça Mariya Fyodorovna. 1908-ci il

Zərgərlər bu zinət əşyasına “The Dog Collar Necklace”, bizim dildə bir az qaba səslənsə də “xalta-boyunbağı” deyirdilər. Poetik səslənməməsinə baxmayaraq, bu növ boyunbağılar təxminən yarım əsr dəb gündəmini işğal edə bilir. Lakin o, populyarlığının zirvəsini XIX əsrin sonu - XX əsrin əvvəli, “Belle Epoque” dövründə yaşayır. Qadının əvəzolunmaz bəzəyi hesab olunan kolyelər hələ çox qədimlərdən tətbiq edilirdi. Məsələn, qısa və boyunda kip oturan boyunbağı - çoker (ingiliscə – “choker”) çox qədim tarixə malikdir. Onlar rokoko dövründə Fransada çox dəbdə idilər. Rokoko dövrlərində onları qara və ya göy rəngli enli məxmər lent kimi taxırdılar, hansı ki, üzərinə mirvari, ya da brilliant düzülürdü. Fransızca onlara “Collier de Chien” (“it boyunbağısı”) deyirdilər. Lakin 1880-ci illərdə bu tip boyunbağılar Uels şahzadəsi Aleksandranın sayəsində yenidən populyarlaşır.

Şahzadə Aleksandra - 1880-ci il

Aleksandra uşaq ikən boğazından aldığı yaranın qoyduğu izdən - çapığından utanırdı. O, bu qüsurunu heyrətamiz boyunbağılar sayəsində gizlədirdi. Belə ki, çapığını gizlətməkdən ötrü Aleksandra çox yuxarıdan, çənənin altından başlayan məxmər lentlər və ya mirvari saplarından geniş boyunbağılar taxmağa başlayır. Aleksandradan sonra Avropa və Birləşmiş Ştatlarda bir çox kübar xanımlar onun izi ilə gedərək bu növ boyunbağıları öz üslubuna daxil edir. Bu boyunbağıları adətən ölçüləri getdikcə böyüyən iri brilyantlardan təşkil olunmuş rivyera-kolyelər ilə və ya donun rənginə düşən zümrüd, sapfir və ya yaqutdan ibarət olan şəbəkəli kolye formasında taxardılar.

"Belle Epoque" dövrünə aid açıqca

Anton Rafael Menqs – Şahzadə Mari Loiza Burbon - Parmanın portreti 1765

Xaltalar 4 əsas növdən ibarət idi:

1. Birincisi – Xaltalar bir qayda olaraq tünd məxmər parçadan, bəzən isə krujeva və ya ipəkvari atlas parçadan olan enli lent şəklində olurdu. Bu boyunbağıların ən geniş yayılmış növü mərkəzdə bəzəkli metal lövhəciklə (Plaque de cou) bitən fasonu idi. Bir çox rəssam - zərgərlər belə lövhəciklərin düzəldilməsi ilə məşğul idilər. Lalikin hazırladığı xaltaları əsl kiçik sənət əsərləridir. Bu tərzə Təkcə Lalik müraciət etmirdi.

Plaque de cou

2. İkinci variant isə 1 neçə sapa düzülmüş (bəzən onların sayı onacan çatırdı və hətta daha da çox olurdu) xırda mirvaridən ibarət idi. Bu saplar brilyantla bəzədilmiş şaquli metal bəndlə birləşdirilirdi. Bəndlərin dizaynı sifarişçinin zövqündən və zərgərin fantaziyasından asılı idi. Məsələn, Kartye istehsalı olan belə xalta-boyunbağının mülkiyyətçisi Böyük knyaginya Mariya Pavlovna idi. Bəndlər brilyantlarla bəzədilmiş ikibaşlı qartallar formasında hazırlanmışdı.

3. Üçüncü variant isə - Birinci və ikinci növün calağından ibarət idi: mirvari xaltanın ortasına kvadrat və ya düzbucaqlı formasında lövhəcik yerləşdirilirdi. Q.Klimit bu tip kolyeləri öz əsərlərində təsvir edib.

Mirvari və lövhəcikli boyunbağı. 1910-cu il

Rene Lalik

Yenə də Rene Lalik

4. Dördüncü variant isə tamamilə qiymətli daşlarla bəzədilmiş qiymətli metaldan hazırlanan kolyelər idi. Bu xaltalar adətən platindən hazırlanırdı. Matilda Feliksovna Kşesinskaya özünün demək olar ki, bütün fotolarında sözügedən boyunbağılarda çəkilib. Məşhur balerina zinət əşyalarını çox sevirdi və özünü onlarsız bir an belə təsəvvür edə bilmirdi. Balerinanın zinət ehtirası məşhur bir qalmaqala səbəb olur. Onun “Paxita” baletində baş rolu oynaması haqqında “Peterburq qəzeti” belə yazırdı: “Nahaq yerə xanım Kseşinskaya dilənçi qadın rolunu oynayarkən öz brilyant sırğalarını və mirvari kolyesini çıxarmamışdı. Sədəqə istəyir, özü də brilyantlarda! Məntiqsizdir!” İmperator teatrlarının müdiri knyaz Sergey Volkonskinin səhnə kostyumu təhrif etdiyi üçün balerinanı cərimələmək cəhdi knyazın özünün istefasına gətirib çıxarır. Çünki Matilda Kşesinskaya Rusiya İmperator evinin kişi üzvləri tərəfindən hər zaman himayə olunurdu.

İmperatriça Aleksandra Fyodorovna

Kartye boyunbağısı, 1906-cı il

Biz isə platin boyunbağılara qayıdaq. Bu metal xaltalar göz qamaşdırırdı və sanki krujeva kimi tor şəklində idilər. Mirvari və boyunbağılarla bəzədilmiş xaltalar həmin dövrün dəbi hesab olunan krujevalı paltarları çox uğurla vurğulayır və mükəmməl şəkildə tamamlayırdılar. Üstəlik o dövrlərdə hakim olan ipəkvari atlasların zərif və incə rəng çalarları belə bəzək əşyaları üçün əla fon sayılırdı. Bu cür boyunbağılar gəzdirmək üçün isə 2 şərt tələb olunurdu: incə boyun, ən əsası da böyük maliyyə imkanları. Məsələ təkcə materialda deyildi. Xalta kolyelər boyunda asılmadan, kip oturmalı idi. Bu isə o deməkdir ki, boyunbağılar hər müştəriyə fərdi şəkildə hazırlanırdı. Yəni, xanımlar boynunun ölçüsünü almaq üçün dərzi kimi zərgərində yanına getməli idi.

Brilyant və mirvari boyunbağı

Kraliça Meri

Bəs bu cür dəbdəbəni kimlər özünə rəva verə bilərdi? O dövrlərdə başqa bəzək əşyaları da dəbdə idi. Rəssamlar və zərgərlər bu bəzək əşyasını yoxsul təbəqənin xanımları üçün baha olmayan materialdan da hazırlayırdılar. Məsələn, Rene Lalikin unikal “Pişiklər” kolyesi. Kolye üzərində pişiklər və yarpaqlar həkk edilmiş kiçik dağ büllurunun kvadrat hissəciklərindən ibarətdir. Büllur kvadratlar bir-birilərinə qızıldan olan və brilyantlarla bəzədilmiş birləşdiricilərlə bərkidilirdi.

Karl Hermannın istehsalı olan boyunbağı

1910-cu illərin sonuna xalta - boyunbağılar dəbdən düşməyə başlayır. Şərqin ala rəngləri və əmmaməli papaqları isə dəbə minmir - burada zərif və gözəl torabənzər boyunbağılara yer yox idi. Lakin kral ailələrində tərbiyə alan xanımlar hələ də mirvari çokerlər taxmağa davam edirlər. Məsələn, Ledi Diana onları çox sevirdi. Kamilla Boulzunun da üslubunda onlardan tez-tez istifadə etdiyini görə bilərik.

Kamilla Boulz

Xalta-boyunbağı filmlərdə

Odri Hepbern “Mənim gözəl ledim” filmində bu gözəl boyunmağını taxmışdı.

Odri Hepbern

“Mulen Ruj” filimində Nikol Kidman üçün brilliantlarla bəzədilən xüsusi boyunbağı hazırlanmışdı.

Nikol Kidman

“Turist” filmində bütün hadisələr müasir dövrdə cərəyan etsə də, əsas qəhrəman - Ancelina Coli qədim tacdan düzəldilmiş xalta boyunbağı gəzdirirdi.

Məşhur modelyer Qalyano da çokerləri çox sevir və müxtəlif illərin kolleksiyalarında bu tərzə sadiq qalır və hər dəfə yeni formalar təqdim edirdi.

Con Qalyanonun kolleksiyasından

Mirvarilərdən düzəldilən kolyelər moda dünyasında partlayış edə bilməsə də, zərif cinsin nümayəndələrinin ona marağı soyumaq bilmir. Lakin son illərdə həcmli boyunbağılar populyarlığı nəticəsində öz mövqeyini möhkəmləndirməyə macal taparaq layiqli yerini tutub.

Parlaqlıq və zəriflik - muncuğun əsas silahıdır. Xırda detallar istənilən şəkli həyata keçirməyə qadirdir. Mirvarilər boyunbağıya xüsusi sirr verir. Mirvaridən düzəldilən boyunbağıların 3 mühüm üstünlüyü var:

1. Mirvarinin sadəliyinə və ucuzluğuna baxmayaraq, istənilən gecə ziyafətini eleqant göstərir.

2. Bu zərgərlik əşyalarının əksəriyyətinin ancaq bir sürəti çıxarılır. Bu isə onun dəyərini xeyli dərəcədə artırır.

3. Bu bəzək əşyasını hər bacarıqlı əl özü düzəldə bilər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR