Stilist Anar Roza Zərgərlini niyə ittiham edir? - Video
Bizi izləyin

Tabloid.az

Stilist Anar Roza Zərgərlini niyə ittiham edir? - Video

Stilist Anar Atakişiyev yerli şou biznesin ən zövqlü və zövqsüz məşhurlarının adını açıqlayıb.

Stilist Anar Atakişiyev yerli şou-biznesin ən zövqlü və zövqsüz məşhurlarının adlarını açıqlayıb. Tabloid.az xəbər verir ki, stilist bu haqda "ATV Maqazin" verilişinə danışıb.

“Zövqlülər sırasında Tünzalə Ağayevanın, Zülfiyyə Xanbabayevanın adlarını çəkə bilərəm. Kişilərdən isə Manaf Ağayev hər zaman klassik kişi geyimində səhnəyə çıxır. Zamiq isə yerli Murat Bozdur. Ən zövqlü isə Faiq Ağayevdir. Bura Namiq Qaraçuxurlunu da əlavə etmək olar”.

Stilist özündə cəsarət taparaq ən zövqsüz şou nümayəndəsinin də adını açıqlayıb.

“Heç kəs məndən inciməsin, zövqsüzlərin başında müğənni Roza Zərgərli gəlir”.

Axı Anar Ağakişiyev niyə Roza Zərgərlini zövqsüz adlandırıb ? Elə də uzaq keçmişə getməsək, daha dəqiq, düz bir il öncə Anar yerli kanallardan birinə verdiyi müsahibədə maraqlı açıqlama edib.

“Roza Zərgərli layihələrdən birində, ilk buraxılışda çox uğurlu göründi”.

Kiçik bir jurnalist araşdırması apardıqda məlum olur ki, stilist əslində ATV telekanalında yayımlanan “Maşın” realiti şousunu nəzərdə tutur. Ən maraqlı məqam isə odur ki, yarışmanın ilk günü müğənnini məhz stilist Anar makiyaj edib. Buradan belə çıxır ki, Anar demək yalnız öz bəzədiyi müğənniləri tərifləyir. Bu isə qərəzlidir. Demək ki, Anarla çalışmayan müğənni zövqsüz sayılır.

Gəlin indi də Roza Zərgərlinin adıçəkilən realiti şouda geyiminə, makiyajına və saç düzümünə fikir verək. Roza Zərgərli geyim, makiyaj və saç düzümü ilə Hollivud ulduzu, latın amerikalı müğənni Cenifer Lopezi xatırladırdı. Bu o deməkdir ki, Anar özü plagiatla məşğuldur.

Hətta bir il öncə plagiatda qınanılan Roza Zərgərli rəsmi internet səhifəsində geyimdən, saç düzümündən xəbərsiz olduğunu bildirib. Bu iminci ona stilist Anar Ağakişiyev edib deyə açıqlama da verib.

Tabloid.az həmin görüntüləri təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm