Elza Seyidcahan təyyarədə konsert vermək fikrindən vaz keçməyib
Bizi izləyin

Tabloid.az

Elza Seyidcahan təyyarədə konsert vermək fikrindən vaz keçməyib

Elza təyyarədə konsert vermək fikrindən vaz keçməyib

Bəstəkar-müğənni Elza Seyidcahan yaradıcılıq planları haqqında tabloid.az-a eksklüziv açıqlama verib:

stanbulda konsert vermək təklifləri alıb. Bundan başqa, bu yaxınlarda “Üşüyorum” adlı mahnım işıq üzü görəcək. 8 martda böyük bir layihə ilə çıxış edəcəyəm. Artıq layihənin fotosessiyası hazırdır. Orada mən tək olmayacağam. Tərəf müqabilim Ehtiram Hüseynov olacaq. Mən Leyli obrazında çıxış edəcəyəm. Ehtiram isə Məcnun olacaq. Bundan başqa, “İnsanlar” adlı mahnıma çəkilən klipimin təqdimatı olacaq. 8 marta hazırladığım layihə Musiqili Dram Teatrının səhnəsində xanımlarımıza hədiyyə olacaq. Eyni zamanda, Bəxtiyar Xanızadə ilə mono tamaşa üzərində işləyirik".

Söhbət əsnasında öyrəndik ki, Elza xanım təyyarədə konsert vermək fikrindən vaz keçməyib:

"Mən təyyarədə konsert verəcəyim barədə söz vermişəm. Bu, ötən il reallaşmadı. Düşünməyin ki, bunun üstündən keçəcəyəm. Bu il həmin layihə gerçəkləşəcək. Mən reklam, gündəm xatirinə danişan insan deyiləm. Bu il təyyarədə konsertim baş tutacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm