Günay İbrahimli Tural Bayraməliyev ilə iş birliyinə başladı
Bizi izləyin

Tabloid.az

Günay İbrahimli Tural Bayraməliyev ilə iş birliyinə başladı

İfaçı "Huzur" adlı mahnı ilə tamaşaçılarının qarşısına çıxacaq.

Müğənni Günay İbrahimli yeni mahnı üzərində çalışır. Prodüser Tamilla Hüseynəliyeva ilə işbirliyinə başlayan və üzərində daha da ciddi çalışacağını bildirən ifaçı "Huzur" adlı mahnı ilə tamaşaçıların qarşısına çıxacaq. Mahnının sözləri və musiqisi bir çox sevilən mahnıları ərsəyə gətirən bəstəkar Tural Bayraməliyeva məxsusdur.

Bu haqda fikirlərini tabloid.az-la bölüşən Günay bunun da digər mahnıları kimi seviləcəyinə inandığını bildirib:

"Tural bu günə qədər bir çox mahnılar bəstələyib, sözlər yazıb, amma mən hesab edirəm ki, bu mahnı onun ən çox uğur qazanacağı işi olacaq. O, işinə çox ciddi yanaşan insandır, mən bilirəm ki, o da hər bir bəstəsi üçün mənim qədər həyəcan keçirir". İbrahimli onu da əlavə edib ki, mahnı yaxın günlərdə radio dalğalarında səslənəcək.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm