Aygün Kazımovanın ad günündən eksklüziv görüntülər - Fotolar, Video
Bizi izləyin

Tabloid.az

Aygün Kazımovanın ad günündən eksklüziv görüntülər - Fotolar, Video

Aygün Kazımovanın ad günündən eksklüziv görüntülər

Xalq artisti Aygün Kazımovanın doğum günü şou biznesin ən əlamətdar günlərindən biridir. Çünki hər ilin bu günü şou biznesin ən maraqlı, təmtəraqlı, qeyri-adiliklərlə yaddaqalan günlərindən biridir. Heç bu il də ötən ilkilərdən geri qalmadı.

Aygün Kazımovanın bu ilki doğum günü paytaxtın elit məkanlarından birində keçirildi. Ötən ildən fərqli olaraq bu il Kazımova media işçilərinə müəyyən müddətlik ad günü mərasimini işıqlandırmağa icazə verdi. Media işçiləri getdikdən sonra məclisin ikinci və daha maraqlı hissəsi başladı. Tabloid.az-ın əməkdaşına ən maraqlı hissədə iştirak etməyə icazə verilmişdi.

Gecəyə say seçmə qonaq dəvət olunmuşdur. Ad gününün ən gözlənilməz qonağı isə əməkdar artist Elza Seyidcahan oldu. O, qeyri-adi görkəmi ilə zala girən kimi diqqəti özünə çəkməyi bacardı. İki ildir küsülü olan Aygün xanım və Seyidcahan doğum günündə barışdılar.

Diqqətçəkən məqamlardan biri də müğənni Günay İbrahimlinin məclisdə olması idi. Aygün xanımla Günay arasında olan buzlar ərimişdi. O, müğənni Kazımovanın şərəfinə ad günündə öz mahnılarından birini də ifa etdi.

Digər məşhur qonaqlar sırasında isə Elnarə Xəlilova, Ədalət Şükürov, Nadir Qafarzadə, Rüfət Axundov, Sevda Yəhyayeva, Niyami Səlami, stilistlər Anar Ağakişiyev, Ramazzo və digər məşhur simalar olublar.

Sonda Aygün xanımın şərəfinə ürək formasında, üzərində Aygün yazısı olan tort gətirildi. Tortu Aygün Kazımova qızı İlqarə ilə birlikdə kəsib.

Gecəni coşduran isə DJ Çina olub.

Aygün Kazımovanın ad gününün təşkilatçısı prodüser Tolik olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm