• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Şahzadənin sevgilisi ilə görüşdüyü ev satışa çıxarıldı - Fotolar

Şahzadənin sevgilisi ilə görüşdüyü ev satışa çıxarıldı  - Fotolar

Fransada Lazur gölü sahilində yerləşən malikanə dəbdəbəli və bahalı hesab olunmasa da, hər halda satışa 70 milyon funt sterlinqə (104,9 milyon dollar) satışa çıxarılır. İş ondadır ki, villanın sahibi evin qiymətini 100 milyona qaldırıb. Villanın sahibi evində təşkil etdiyi qonaqlıqdan sonra Böyük Britaniya mətbuatını bir-birinə vurub.

San-Tropedə yerləşən 30 otaqlı villa Böyük Britaniya şahzadəsi Diananın misirli sevgilisi Dodi əl-Fayedə məxsusdur. Məhz Dodi şahzadə ilə bu evdə tanış olub və onların sevgi münasibətləri də burada yaranıb. Bundan əlavə, villa Diana və Dodinin son sevgi məkanı olub. Belə ki, Diana və Dodi 1997-ci il avqustun 31-i Parisdə yol qəzasında həlak olmazdan bir həftə öncə, onlar paparazilər tərəfindən bu evdə yaxalanıb.

Faciədən 18 il keçməsinə baxmayaraq, villada şahzadə Diana dövründən az şeyə dəyişiklik edilib. Elə bunu nəzərə alan villa satıcıları alıcı axtarışına çıxıb.

Bundan əlavə, villa bağ landşaftı ilə əhatələnib və “Loius Vuitton” brendinin sahibinin qonşuluğunda yerləşir. Villanın yaxınlığına tikilmiş xüsusi pansionat isə daha çox diqqət çəkir. Çünki şahzadə Misir milyarderinin oğlu ilə tanış olmazdan qabaq, Diana oğulları ilə həmin pansionatda yaşayıb.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR