Qaradərili gözəl yaraşıqlı aktyorun ürəyini ovsunladı - Fotolar
Bizi izləyin

Tabloid.az

Qaradərili gözəl yaraşıqlı aktyorun ürəyini ovsunladı - Fotolar

Hazırda Hollivudda ən çox müzakirə edilən mövzu ilin eşq bombasıdır

Hazırda Hollivudda ən çox müzakirə edilən mövzu ilin eşq bombasıdır. Bu bombanı yaraşıqlı aktyor Jarerd Leto ilə son günlər diqqət mərkəzində olan qaradərili aktrisa Lupita Nyonqo partladıblar. Belə ki, bu iki həmkarın eşq yaşadıqları iddia edilir.

ABŞ Kinoaktyorları Gildiyasının təşkil etdiyi “SAG Awards” mükafatlandırma mərasimi gecəsində səhnəyə birlikdə çıxan Jerardla Lupitanın daha sonra bir köşəyə çəkilərək dədiqələrcə söhbət etdikləri deyilir. İddialara görə, cütlük daha sonra təşkil edilən ziyafət mərasimində qucaqlaşaraq, birlikdə rəqs ediblər.

Qeyd edək ki, illərdir ki, Jarerd Letonun homoseksual olduğu iddia edilirdi, aktyor həmişə bu iddialara ya cavab vermir, ya da sərt reaksiya verir. Görünür, qaradərili gözəlçə ilə Jarerdin eşqi Hollivudu hələ çox məşğul edəcək.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm