• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qışda astma xəstələrini hansı risklər gözləyir?

Qışda astma xəstələrini hansı risklər gözləyir?

Tənəffüs yollarının ən ağır formalı allergik zədələnməsi bronxial astmadır. Allergenlərin tənəffüs sisteminə uzunmüddətli təsiri nəticəsində yaranan astmanı soyuq hava şiddtləndirə bilər ki, bu da nəfəs darlığına səbəb olur.

Qış aylarında insanlar vaxtlarının böyük bir hissəsini qapalı məkanlarda keçirir. İstilik sistemlərinin də işlədiyi soyuq qış günlərində yun adyal və tüklü xalçalar astma xəstələri üçün təhlükədir. Soyuq havadan ən çox astmalı uşaqlar əziyyət çəkir. Belə ki, soyuq hava da, qapalı məkanlar da astma hücumlarını artırır.

Xəstələnməsin deyə çölə az çıxarılan və vaxtlarının böyük hissəsini qapalı məkanlarda keçirən uşaqların allergik və astma hücumlarının artdığına diqqət çəkən Uşaq Sağlamlığı Xəstəlikləri, Uşaq Allergiya və İmmunoloji Mütəxəssisi Dr. Ağ Gül Akpınar Antoni ev tozunun, kif göbələklərinin, ev heyvanlarının və ev içi kimyəvi maddələrin bu xəstəliyə təkan verdiyini deyib. Uzun müddət soyuq havada qalmaq isə onların mövcud həssaslığını artırır, tənəffüs yolu infeksiyasına səbəb olur. Soyuq havada burundan nəfəs almaq çətinləşir. Yəni burundan orqanizmə daxil olan hava qızdığı üçün alt tənəffüs yollarına çatmır, soyuq hava bronxları daha çox daraldır.

Mütəxəssis soyuq havaların allergik xəstələrə təsirlərinə toxunaraq izahat verib ki, "Bu dövrdə uşaqlar daha çox soyuqdəymə və qrip keçirə bilirlər. Bu isə uşaqları hər cür allergik astma hücumlarına məruz qoyur. Soyuq havalarda isinmək üçün istifadə olunan yanacaqlar havada uzun müddət asılı qalır və hava çirklənməsi yaradaraq astma hücumlarını artırır”.

Soyuq havalarda uşaqları astma hücumlarından qorumaq üçün diqqət edilməsi lazım olan qaydalar bunlardır:

1. Ev daxilində mümkün olduğu qədər evinizi tozlardan, kif göbələklərdən, heyvan tüklərindən, siqaret tüstüsündən və digər kimyəvi maddələrdən təmizləyin.

2. Astmadan əziyyət çəkən uşaqları qışda izdiham və qapalı mühitlərdə uzun müddət saxlamayın.

3. Uşaqların müdafiə sistemini gücləndirmək üçün sağlam qidalanmasını və bol tərəvəz, meyvə yeməsini təmin edin.

4. Astma xəstəliyindən əziyyət çəkən uşaqları xəstə insanlardan uzaq tutun.

5. Payızda həkim nəzarəti ilə qrip peyvəndi vurdurun.

6. Uşaqları çox soyuq havalarda uzun müddət həyətə qoymayın.

7. Bayıra çıxanda ağzını və burnunu şal ilə bağlayın.

8. Astma hücumlarının ən çox müşahidə olunduğu qış aylarında mütəmadi olaraq həkim nəzarətindən keçin.

9. Həkimin məsləhət gördüyü qoruyucu dərmanları qəbul etməyi unutmayın.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR