Şor qoğal - Resept
Bizi izləyin

Tabloid.az

Şor qoğal - Resept

Tabloid.az şor qoğalın reseptini təqdim edir:

Tabloid.az şor qoğalın reseptini təqdim edir:

İnqrediyentlər:

Xəmir üçün:

Un – 1 ½kq.

Maya – 30 qram

Süd – 500 qram

Kərə yağı – 100 qram

Yumurta (sarısı) – 6 ədəd

Şəkər tozu – 3 xörək qaşığı

Duz – zövqə görə

İç üçün:

Un – 500 qram

Anis, cirə , darçın, qara istiot – hərəsindən 1 çay qaşığı

Sarıkök və duz – hərəsindən 2 çay qaşığı

Ərimiş yağ – 3 xörək qaşığı

Ayrıca :

Ərimiş yağ – 1½kq.

Xaş-xaş – 100 qram

Yumurta – 1 ədəd

Hazırlanması:

Maya ilıq südə tökülür və ora 750 q un əlavə olunub qarışdırılır və xəmirin gəlməsi üçün 4 saatlığa isti yerə qoyulur. Elə ki, xəmirmayanın həcmi iki dəfə artdı, ona isidilmiş yağ, şəkər tozu əlavə edilib qalan un da tökülür və xəmir yoğrularaq 1 – 1½ saatlığa isti yerə qoyulur.

İç üçün cirə döyülür və qızardılır, qalan ədviyyatlar, ilıq yağ da əlavə edilib, yaxşı-yaxşı qarışdırılır və 5 dəqiqə ərzində yağda qovrulur. Gəlmiş xəmirdən 10 kündə tutulur. Hər kündə yayılır və üstündən ərimiş yağ çəkilib üst-üstə yığılır. Sonra lay-lay yığılmış xəmir 6-7 sm enliyində zolaqlara bölünür, bunların da hərəsi 10 sm-lik hissələrə bölünür. Sonra hər hissə burularaq yığılır və əl ilə yastıladılaraq ortası papaq kimi açılır, həmin yerə 1 çay qaşığı iç qoyub bağlanır və yenidən yastıladılaraq tavaya qoyulur. Hamısı hazır olandan sonra üstü dəsmalla örtülərək 10-15 dəqiqə saxlanılır. Sonradan bunların üstünə yumurta çəkilir və xaş-xaş səpilir. Hazır şorqoğallar əvvəlcədən qızdırılmış fırına qoyulub 180°S temperaturda 30-40 dəqiqə ərzində bişirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm