Onun təbii gözəlliyi əsl möcüzədir - Fotolar
Bizi izləyin

Tabloid.az

Onun təbii gözəlliyi əsl möcüzədir - Fotolar

Onun təbii gözəlliyi əsl möcüzədir - Fotolar

Onun təbii gözəlliyi əsl möcüzədir. O, nə botoks, nə də ki, plastik əməliyyat etdirib. Dolğun dodaqları Allahın hədiyyəsidir. Mənalı gözləri isə böyük ürəyinin aynasıdır... Söhbət cazibədar aktrisa Enn Heteueydən gedir. Tabloid.az son zamanlarda Corc Kluninin həyat yoldaşına bənzədildiyi iddia olunan aktrisanın gözəllik sirrlərini təqdim edir:

Aktrisa parlaq dərisini SPF tərkibli kremlərin köməyi ilə qoruyur. Yatmazdan əvvəl qan dövranını sürətləndirməkdən ötrü üzünü yumşaq barmaq hərəkətləri ilə masaj edir.

Sevimli maska resepti: Çay ağacı yağı, nəmləndirici krem və təmiz çaytikanı meyvələrinin yağını qarışdırıb üzünə çəkir: “Günəşin həddən artıq təsirindən çəkinin. Şəkər istifadəsini azaldın. Şəkər ləkə yarada bilməz, amma daha pis hala sala bilər. Düzgün qida, fiziki hərəkətlər, mütəmadi qulluq və həyata pozitiv baxış dərini yaxşılaşdırır. Çox böyük dəyişiklik olmasa da, təcrübəmə görə kiçik irəliləyişlər baş verir”.

Dodaq quruluşu icazə verdiyi üçün onları qırmızı pomada ilə vurğulayır. Ağ dəri ilə qırmızı boya mükəmməl görünür. Qaşlarını qalınlaşdırmaq üçün qaş qələmindən istifadə edir. Gözlərini çox vaxt qara qələmlə haşiyəyə alır.

İdeal bədən quruluşuna qalanda pəhriz saxlamır. Sağlam qidalanır, səhərlər yumurta və buxarda bişmiş tərəvəzlər yeyir. Neqativ enerjini yoqanın köməyi ilə uzaqlaşdırır. Hər səhər parkda qaçır.

Evdən çıxmazdan əvvəl qüsurlarını görmək üçün əvvəlcə şəklini çəkir. Bəzəndikdən sonra müqayisə aparır. Bu, aktrisanın ən birinci gözəllik sirridir.

“Sağlam qidalanmaq gözəlliyin əsas komponentidir. Sevimli məhsulum brokolidir. Tərəvəz və meyvələrdən daha çox istifadə edirəm. Şirin və undan hazırlanmış məhsullardan uzaq dururam. Yatmazdan əvvəl 2 qaşıq zeytun yağı və sıxılmış limon şirəsi içirəm. Bu yolla zəhər orqanizmdən tez təmizlənir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm