Yeni trend həyəcanı: yumşaq çəhrayı pomada dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

Yeni trend həyəcanı: yumşaq çəhrayı pomada dəbi - Fotolar

Yeni trend həyəcanı: yumşaq çəhrayı pomada dəbi

Gün keçdikcə makiyajda təbiilik daha da populyarlaşır. Xüsusən də yaz aylarında makiyaj ustaları sadəliyi təbliğ edirlər. Tabloid.az xəbər verir ki, makiyajda yaz mövsümünün əsas trendi təbii rəngli dodaq boyaları olacaq.

Təbii rəngli dodaq boyaları ağır göz makiyajı ilə çox gözəl qalır. Gözlərdəki ağır makiyaj dodağın təbiiliyi ilə birləşərək sadə gözəlliyi təmsil edir.

Gözəl görünmək naminə makiyajın sehrli gücündən istifadə edən zaman neytral rəngli dodaq boyalarının dəri rəngi ilə uzlaşmasına da fikir vermək lazımdır. Prioritet olaraq öz bədəninizin dəri rəngini yaxşı bilməlisiniz. Eyni zamanda, doğru tonlarda seçilmiş neytral pomada sayəsində üzünüzə başqa kosmetik vasitə çəkməyə ehtiyac qalmayacaq. Bu pomada dəbi gündəlik həyatınızda da sizə rahatlıq gətirəcək.

Açıq dərili xanımların dodaqlarına çəhrayı tonlarında pomada çox yaraşır. Tünd dərili qadınlar isə qəhvə tonlarda neytral pomadalara üstünlük verməlidirlər.

Bu il son dərəcə dəbdə olan təbii rəngli dodaq makiyajına aid bir neçə nümunə toplamışıq. Fotolara baxaraq məşhurların makiyajından ilham ala bilərsiniz...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm